Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

Khashoggi-nin qətlini müzakirə edəcəklər


Agnes Callamard (solda) və Mevlut Cavusoglu

Səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətlinin araşdırılması ilə məşğul olan BMT insan haqları təhqiqatçısı Türkiyədədir. O, sabah – yanvarın 29-da İstanbulun baş prokuroru ilə görüşəcək. Məlumatı baş prokurorluq yayıb.

Xüsusi məruzəçi Agnes Callamard ekspertiza və hüquq komandasıyla birlikdə Türkiyədə bir həftəlik səfərdədir. O, bu gün xarici işlər naziri Mevlut Cavusoglu ilə görüşüb.

Khashoggi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. ABŞ kəşfiyyat agentlikləri inanırlar ki, onun qətlinə vəliəhd şahzadə Mohammed bin Salman göstəriş verib.

Ər-Riyad isə şahzadənin bu qətldə əli olmadığını deyir.

Türkiyə rəsmiləri beynəlxalq istintaq tələb edib, ər-Riyadın yetərincə əməkdaşlıq etmədiyini deyiblər.

Səudiyyə Ərəbistanı qətllə əlaqədar 11 nəfərə ittiham irəli sürüb, onlardan beşinə ölüm cəzası istənilir.

XS
SM
MD
LG