Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Əfqan sülh danışıqlarından ‘ürəkləniblər’


Zalmay Khalilzad (ortada)
Zalmay Khalilzad (ortada)

NATO-nun baş katibi və Pentaqonun rəhbər əvəzi Əfqanıstanda Talibanla sülh danışıqlarının gedişindən ürəkləndiklərini bildiriblər.

Bundan öncə Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi elçisi Talibanla Dohada beşgünlük danışıqları müsbət dəyərləndirmişdi.

NATO-nun baş katibi Jens Stoltenberg Vaşinqtonda deyib ki, yaraqlılar “döyüş meydanında qalib gələ bilməzlər, ona görə də danışıqlar masasına əyləşməlidirlər. Bu səbəbdən Talibanla danışıqlarda gördüyümüz irəliləyiş bizi ürəkləndirib”.

Patrick Shanahan (sağda) Jens Stoltenberg (solda) ilə Pentaqonda görüşür, 28 yanvar, 2019-cu il
Patrick Shanahan (sağda) Jens Stoltenberg (solda) ilə Pentaqonda görüşür, 28 yanvar, 2019-cu il

ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrick Shanahan isə deyib ki, “hal-hazırkı durumu ürəkləndirici” sayır.

Talibanın sözçüsü Zabihullah Mujahid isə deyib ki, beynəlxalq qüvvələr Əfqanıstandan çıxmayınca, “digər məsələlər üzrə irəliləyiş mümkün deyil”.

***

Birləşmiş Ştatlar və Taliban rəsmiləri sülh sazişi “çərçivəsi”nə prinsipcə razılaşıblar. Bunu “The New York Times” qəzeti ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad-a istinadla yazır.

“Əlimizdə çərçivə layihəsi var, razılaşmaya çevrilməkdən ötrü detalları işlənməlidir”, – qəzet Khalilzad-ın Kabildə verdiyi müsahibədə belə dediyini yazır.

Çərçivə sənədində yaraqlılar Əfqanıstan torpağının Al-Qaeda kimi qruplar tərəfindən terror hücumları üçün istifadəsini önləməyə razılaşıblar.

Bu, ABŞ əsgərlərinin Əfqanıstandan tam çıxarılmasıyla sonuclana bilər, amma bundan ötrü Taliban hökumətlə danışıqlara başlamalı, davamlı atəşkəsə razılaşmalıdır.

“Məmnuniyyətlə bildiririk ki, Taliban Əfqanıstanın bir daha beynəlxalq terrorçu qrupların və fərdlərin platformasına çevrilməsini önləmək öhdəliyi götürdü”, – Khalilzad deyib.

Zalmay Khalilzad Pakistanda, arxiv fotosu
Zalmay Khalilzad Pakistanda, arxiv fotosu

***

Birləşmiş Ştatların xüsusi elçisi Zalmay Khalilzad Taliban silahlı qruplaşmasıyla son danışıqlarının detallarını Əfqanıstan Prezidenti Ashraf Ghani ilə bölüşüb.

Ghani-nin idarəsinin yanvarın 28-də yaydığı bəyanatda deyilir ki, Khalilzad mümkün atəşkəslə bağlı danışıqlar aparıb, amma heç nə razılaşdırılmayıb.

Khalilzad əcnəbi əsgərlərin çıxarılması üzrə heç bir razılaşma əldə olunmadığını da təsdiqləyib. O, belə bir qərarın Əfqanıstan hökumətilə razılaşdırılacağını vurğulayıb.

Bu bəyanatdan öncə Taliban və Khalilzad Qətərdə keçirilən son danışıqlarda “irəliləyiş” əldə olunduğunu bəyan etmişdilər.

“Birləşmiş Ştatlar Talibanla danışıqlarında vurğulayıb ki, Əfqanıstanda davamlı sülhün yeganə yolu əfqanlar arasında danışıqlardır”, – Khalilzad deyib.

GHANİ-NİN MÜRACİƏTİ

2001-ci ildə ABŞ koalisiyası Talibanı Əfqanıstanda hakimiyyətdən uzaqlaşdırıb. O vaxtdan Qərbin dəstəklədiyi Kabil hökuməti Taliban və digər silahlı qruplarla mübarizə aparır.

Şübhəli Taliban yaraqlıları
Şübhəli Taliban yaraqlıları

Taliban Əfqanıstanın hökumət rəsmilərilə birbaşa danışıqlardan imtina edir, onları “oyuncaq” adlandırır.

Yaraqlılar hökumətlə yalnız bir halda danışıqlara başlayacaqlarını deyirlər – ABŞ əsgərlərinin ölkədən çıxarılması üçün konkret vaxt qoyulsun.

Yanvarın 28-də xalqa müraciətində Ghani Talibana bird aha çağırış edib, onları hökumətlə birbaşa danışıqlara çağırıb.

Onun sözlərinə görə, hazırda yaraqlılar bir seçim qarşısındadır: ya Əfqanstan xalqıyla birlikdə olsunlar, ya da xarici ölkələrin alətinə çevrilsinlər.

Talibanla Dohada altıgünlük danışıqlardan sonra Khalilzad yanvarın 26-da demişdi ki, Birləşmiş Ştatlar və Taliban “ciddi irəliləyiş” əldə ediblər. O, tərəflərin “işləməli olduğu xeyli sayda məsələnin də qaldığını” vurğulayıb.

Talibanın sözçüsü Zabihullah Mujahid isə deyib ki, görüşlərdə “irəliləyiş” olsa da, atəşkəs razılaşması xəbərləri “doğru deyil”.

Mujahid “həll olunmayan məsələlər” üzrə danışıqların davam edəcəyini vurğulayıb.

Taliban-ABŞ danışıqlarının növbəti raundu fevralın 25-nə planlaşdırılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG