Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:45

İŞİD bu hücumlara görə məsuliyyəti götürüb


Nigeriya, arxiv fotosu

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına bağlı yaraqlılar Filippinin cənub adasındakı kilsədə onlarla adamın ölümünə səbəb olmuş partlayış və Nigeriyada hərbi bazaya hücuma görə məsuliyyəti götürüb.

İŞİD yanvarın 27-də yaydığı bəyanatda bildirib ki, Joloda kilsədə günorta ibadəti zamanı iki intiharçı partlayıcı qurğuları partladıb. Jolo paytaxt Maniladan 1000 kilometr cənubda yerləşir, islamçı yaraqlıların istehkamı sayılır.

Həmin partlayışlarda azı 20 nəfər öldürülüb, 80-dən çox adam yaralanıb.

İŞİD yanvarın 26-da Nigeriyada bazaya hücum zamanı isə 30 nigeriyalı əsgərin qətlə yetirildiyini bildirir.

Amma Nigeriya ordusunun sözçüsü yaraqlıların hücumunun dəf olunduğunu, səkkiz əsgərin yaralandığını demişdi.

2016-cı ildə Boko Haram islamçı qrupundan ayrılmış Qərbi Afrikada İslam Dövləti qruplaşması son aylar Nigeriyanın şimal-şərqində bir sıra hücumlara görə ittiham olunub.

XS
SM
MD
LG