Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

Fransada indi də ‘qırmızı yaylıqlılar’ küçələrə çıxır


Parisdə "qırmızı yaylıqlılar"ın etirazı
Parisdə "qırmızı yaylıqlılar"ın etirazı

Parisdə əsasən qırmızı şarf taxmış 10 mindən çox adam yürüşə çıxıb. Onlar son 11 həftədə Fransa küçələrində antihökumət nümayişləri keçirən “sarı jiletlilər”in suçlandığı zorakılıqlara qarşı çıxırlar.

Yanvarın 27-də paytaxtda yağış altında keçirilən yürüş zamanı “qırmızı dalğalı kütlə” Bastiliya abidəsinə doğru gediblər. Bir gün öncə burada sarı jiletlilər yürüş keçirmişdi.

“Qırmızı yaylıqlılar” “Demokratiyaya hə, inqilaba yox” şüarı səsləndirib, Fransa və Avropa Birliyinin bayraqlarını dalğalandırıblar.

Emmanuel Macron
Emmanuel Macron

BU DƏFƏ LİDER MÜHƏNDİSDİR

Bu hərəkat mərkəzçi təşəbbüsdür, Tuluzadan olan bir mühəndisin başçılığı ilə keçirilir. O, antihökumət nümayişçilər arasında daha ekstremistlərin yol verdiyi zorakılıqdan narahat olduğunu vurğulayıb.

Antihökumət etirazçıları geyindikləri təhlükəsizlik jiletlərinə görə “sarı jiletlilər” adlandırılır.

İlkin olaraq Fransa Prezidenti Emmanuel Macron-un yanacağın qiymətini artırmasına etiraz kimi başlanan yürüşlər sonradan geniş antihökumət nümayişlərinə çevrildi.

Macron sonradan yanacaq vergisi planından əl çəkdi, ailələrin gəlirlərini artırmağa digər tədbirlər irəli sürdü. Amma bəzi etirazçılar hələ də küçələrə çıxırlar. Yanvarın 26-da onların sayı 4 minə düşüb.

“Qırmızı yaylıqlılar”ın çoxu deyib ki, onlar “sarı jiletlilər”in ölkədəki yoxsullara daha çox yardım olunması tələblərinə qarşı deyillər. Ancaq onlar son 11 həftəsonu etirazlarında baş verən dağıntı və zorakılıqlara etiraz edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG