Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:40

ABŞ Rusala sanksiyaları qaldırır


Oleg Deripaska
Oleg Deripaska

ABŞ Xəzinədarlıq Departamenti rusiyalı oliqarx Oleg Deripaskaya bağlı üç şirkətə sanksiyaları qaldırdığını açıqlayıb.

Demokratların nəzarətində olan Nümayəndələr Palatasının qətiyyətlə qarşı çıxdığı bu addım yanvarın 27-də yayılmış bəyanatda açıqlanıb.

Departament bildirib ki, sanksiyaların qaldırılmasına səbəb alüminium nəhəngi Rusal, onun En+ təsisçi şirkəti, EuroSibEnergo enerji şirkətinin “Oleg Deripaskanın bu şirkətlərə birbaşa və dolayısı ilə nəzarətini azaltmasıdır”.

“Bu addım En+ və Rusalın idarə heyətlərindəki direktorların əksəriyyətinin müstəqil şəxslər olmasını təmin edir”, – bəyanatda deyilir. ​

DEMOKRATLAR QƏTNAMƏ QƏBUL ETMİŞDİ

Apreldə tətbiq olunan sanksiyalar dünyadakı metal bazarlarında çaxnaşma yaradıb, Rusal dünyanın ən böyük alüminium istehsalçılarındandır.

Rusiya Prezidenti Vladimir Putin (solda) və Oleg Deripaska
Rusiya Prezidenti Vladimir Putin (solda) və Oleg Deripaska

Amma sonradan ABŞ administrasiyası sözügedən şirkətlərlə razılaşma əldə etdi ki, Deripaskanın nəzarətinə son versinlər, əvəzində sanksiyalar qaldırılsın.

Nümayəndələr Palatası isə yanvarın 17-də qəbul etdiyi qətnamədə bu şirkətlərə sanksiyaların qaldırılmasına qarşı çıxırdı.

Di gəl, bu səsvermə daha çox simvolik xarakter daşıyırdı, bir gün öncə oxşar addım Senatda təsdiqlənməmişdi. Prezident Donald Trump administrasiyası deputatları qətnaməyə səs verməməyə çağırmışdı.

ABŞ-dakı tənqidçilər prezidentin Rusiyaya həddən artıq güzəşt etdiyini, əvəzində nəsə qazanmadığını deyirlər. Trump isə israr edir ki, öncəki prezidentlərə baxanda Moskvayla daha sərt davranır.

Demokrat konqresmenlər, hətta respublikaçıların bəziləri indiki məqamda sanksiyaları yüngülləşdirməyi məqsədəuyğun saymırlar. Hazırda xüsusi prokuror Robert Mueller 2016-cı ildə Trump-ın seçki kampaniyası ilə Moskvanın mümkün əlbirliyini araşdırır.

Kremllə sıx əlaqələri olduğu bildirilən Deripaska şirkətlərdəki nəzarət səhmlərini azaltmağa razılaşıb. Onun özü hazırda ABŞ sanksiyaları altındadır.

XS
SM
MD
LG