Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:07

Texasda Trump əleyhinə aksiya keçirilib (Video)


Texas Ştatında Trump əleyhinə aksiya. 30 iyun, 2018-ci il. REUTERS/Loren Elliott

Yanvarın 26-da ABŞ-ın Texas ştatındakı El-Paso şəhərində prezident Donald Trump-ın sərhədə divar çəkmək planına qarşı aksiya keçirilib.

Bu şəhər Meksiya ilə sərhəddə yerləşir.

Aksiyaçılar ABŞ-ın miqrasiya siyasətində islahatlar aparmağa çağırıblar.

El-Pasonun mərkəziilə Meksikanın Syudad-Xuares şəhərini beynəlxalq körpü birləşdirir.

Texasda Trump-ın sərhədə divar çəkmək planına qarşı aksiya keçirilib
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Yerli sakinlər deyirlər ki, amerikalılarla meksikalılar artıq uzun illərdir ki, bu körpü ilə heç bir maneəsiz və problemsiz sərhədin o tayına keçirlər.

Qeyd edək ki, donald Trump qanunsuz miqrasiya və narkotik qaçaqçılığı ilə mübarizə aparmaq üçün Meksika ilə sərhədə divar çəkmək istəyir.

Amma bu plan Konqresdə demokratların ciddi müqaviməti ilə üzləşdi və nəticədə hökumət 30 gündən də çox bağlı qaldı.

Sonda Trump güzəştə gedərək hökumətin müvəqqəti açılması barədə razılığa gəldi.

Bu divarın çəkilməsinə 6 milyard dollara yaxın vəsait lazımdır.

Demokratlar bunu məsrəfçilik sayırlar.

XS
SM
MD
LG