Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:26

Rusiyadan ‘oğurlanmış emaillər’ yayılır


İllüstrativ foto
İllüstrativ foto

Özünü “şəffaflıq kollektivi” adlandıran qrupu haker əməliyyatıyla oğurlanmış elektron yazışmalar (email) və sızdırılmış sənədlər yayır. Bu materialların “rusiyalı siyasətçilər, jurnalistlər, oliqarxlar, dini və ictimai xadimlərdən” oğurlandığı qeyd olunur.

Materialları yanvarın 25-də özünü Distributed Denial of Secrets (DDOS) adlı qrup yayıb. Qrup məqsədin “ictimai maraq kəsb edən informasiyanın azad yayılmasını təmin etmək” olduğunu bildirir.

Qrupun yaradıcılarından biri, amerikalı jurnalist Emma Best deyib ki, yayılan informasiyada Rusiyaya aid çeşidli hək olunmuş, sızdırılmış material arxivi olacaq, tədqiqatçıların onları əldə etməsi çətin məsələdir. Məlumatı “Daily Beast” yanvarın 25-də yayıb.

Best deyib ki, bütün bu materialları qrupun vebsaytı bir araya gətirəcək.

İllüstrativ foto
İllüstrativ foto

İnformasiya yayılmazdan bir gün öncə Best AzadlıqRadiosu-na deyib ki, yayılması nəzərdə tutulan sənədlərin bəzilərini qrup “daha öncə” aşkarlamayıb.

“Qalanları qaranlıq, əsasən naməlum, yaxud unudulmuşlardır. Bu informasiyanın hər hansı bir hissəsinin heç vaxt yayılmadığını da deyə bilmərik”, – Best sözlərinə əlavə edib.

Son illər rusiyalı məmurlara və biznesmenlərə aid saysız şəxsi yazışmalar və sənədlər onlayn yayılıb. Onlardan bəzilərinin Kremlin aparıcı müşaviri Vladislav Surkova aid olduğu bildirilirdi.

2016-cı ildə Surkovun elektron hesabına iddia olunan hücuma görə ukraynalı hakerlər məsuliyyəti götürmüşdü. Həmin yazışmalarda onun idarəsinin Ukraynanın şərqindəki rusiyapərəst separatçılarla əlbirliyi görünürdü.

O zaman Kreml bu materialların saxta olduğunu da açıq demədi, ancaq onların saxtalaşdırıla biləcəyi ehtimalını səsləndirdi.

DDOS deyir ki, yanvarın 25-də yaydığı informasiyalar içində Ukraynada fəaliyyət göstərən “millətçilər”, “separatçılar” və “terrorçular”a aid materiallar var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG