Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 19:37

Trump-ın yaxın adamlarından biri saxlandı


Roger Stone

ABŞ Prezidenti Donald Trump-ın yaxın adamlarından biri yanvarın 25-də saxlanıb. Roger Stone xüsusi prokuror Robert Mueller-in Rusiya istintaqı çərçivəsində bir sıra ittihamlarla əlaqədar saxlanıb.

Stone-ya yeddi ittiham yanvarın 24-də irəli sürülüb. İttihamnaməni Mueller-in idarəsi yayıb.

Trump-ın çoxdankı müttəfiqi və kampaniya müşaviri olan Stone rəsmi proseduru əngəlləmək, saxta bəyanatlar vermək, şahidə təsir göstərməkdə ittiham olunur.

Amma ittihamnamədə Stone Rusiya hökumətinin 2016-cı il seçkisinə iddia olunan müdaxiləsi ilə koordinasiyada ittiham olunmur. İstintaqın əsas hədəfi bu məsələdir.

Ancaq ittihamnamədə onun Demokrat Partiyasının WikiLeaks saytı tərəfindən yayılmış “email”lərini müzakirə etdiyi bildirilir. Həmin məlumat sızmasından bir neçə həftə sonra Trump demokratlardan rəqibi Hillary Clinton-u məğlub etdi.

Mueller-in idarəsi həmin elektron yazışmaların Rusiya kəşfiyyatı tərəfindən oğurlandığını bildirir.

Stone bu gün axşama doğru Floridada məhkəmə önünə çıxarılacaq.

XS
SM
MD
LG