Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:52

Azərbaycan iqtisadiyyatı ‘orta azaddır’


Heritage Fondunun 2015-ci ildə açıqladığı indeks
Heritage Fondunun 2015-ci ildə açıqladığı indeks

“Bu gün biz bəşəriyyət tarixinin ən çiçəklənən dövrünü yaşayırıq. Yoxsulluq, xəstəlik, səhlənkarlıq bütün dünyada geriləyir və bu daha çox iqtisadi azadlığın irəliləməsilə əlaqədardır”. Bunu Heritage Fondu bildirir. Qurum 2019-cu il İqtisadi Azadlıq İndeksini açıqlayıb.

Bu indeks artıq 25 ildir hazırlanır. 186 ölkədə mülkiyyət hüquqlarından tutmuş maliyyə azadlığına qədər 12 azadlıq dəyərləndirilir.

Azərbaycan iqtisadiyyatı “orta azad” sayılıb, 60-cı yerdədir. Qonşulardan Ermənistan da bu kateqoriyaya salınıb, 47-cidir.

Gürcüstan isə “daha çox azad” hesab olunaraq 16-cı yerdə qərarlaşıb. Qeyd edək ki, Birləşmiş Ştatlarda da iqtisadiyyat “daha çox azad”dır, 12-ci yerdədir.

Rusiya (98), İran (155) iqtisadi baxımdan “əsasən qeyri-azad” sayılır.

Türkmənistan iqtisadiyyatının “repressiya olunduğu” vurğulanır.

İqtisadi azadlığa görə ilk 10-luqda Honq Konq, Sinqapur, Yeni Zelandiya, İsveçrə, Avstraliya, İrlandiya azad, Britaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri “əsasən azad” hesab olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG