Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:56

Ukraynanın prezident seçkisi ‘əyləncəli’ olacaq – Qərb mediası


Yulia Tymoshenko (ortada) partiyasının Kiyevdə keçirilən qurultayında, 22 yanvar, 2019-cu il
Yulia Tymoshenko (ortada) partiyasının Kiyevdə keçirilən qurultayında, 22 yanvar, 2019-cu il

Ukraynada 31 mart prezident seçkisi kampaniyası böyük bir tamaşa olacaq. Buradakı əsas sual xeyli ciddidir: Ukrayna gərəkən siyasi fərqlilik və hakimiyyət balansının olduğu tipik müasir Avropa ölkəsidir, yoxsa postsovet hibrid rejimi? “Bloomberg” agentliyinin saytında Leonid Bershidsky bu haqda yazır.

İndiyədək seşçkiyə gedəcəyini keçmiş baş nazir Yulia Tymoshenko, komediyaçı və rejissor Volodymyr Zelensky, Lvovun meri Andriy Sadovyi, keçmiş müdafiə naziri Anatoliy Hrytsenko, baş nazirin keçmiş müavini Yuriy Boyko elan edib. Potensial namizədlər siyahısında gömrüyün keçmiş rəhbəri, rusiyapərəst deputat, məxfi polisin keçmiş rəisi də var.

Hələlik, indiki prezident Petro Poroshenko namizədliyini açıqlamayıb, bundan ötrü son tarix fevralın 4-dür. Amma namizədliyini açıqlamasa da, onun kampaniyası əslində, digər namizədlərdən xeyli əvvəl başlayıb, müəllif yazır.

Petro Poroshenko Davosda
Petro Poroshenko Davosda

Ukrayna siyasəti hay-küylü, rənglidir… Mövcud namizəd siyahısı müasir Avropa siyasətini əks etdirir: ənənəvi sol mərkəzçi bölgü elə də gözə çarpmır; bütün namizədlər populist fəndlərə və emosiyalara əl atır, millətçi və anti-elita ritorikasını gücləndirir. Bu yarışın Rusiyanın 1990-cı illərdən bəri gördüyü istənilən seçkidən canlı olacağı görünür, həm də Ukraynanın ən dinamik seçkisi kimi əyləncəli olacaq.

Amma bu, əsl savaşdırmı, yoxsa Poroshenko 2014-cü ilin ‘Şərəf İnqilabı’ndan bəri islahatçı, anti-korrupsiya vədini yerinə yetirə bilməməsinə baxmayaraq, hakimiyyətdən istifadə edərək qələbəsinə möhür vuracaq? Sadovyi və Hrytsenko kimi namizədlərin Poroshenko-nun hakimiyyətini məhdudlaşdırmaqdan ötrü parlamentə girməyə fokuslandığı görünür. Avropa-üslublu çatlı siyasət parlament-mərkəzli sistemlərdə yaxşı işləyir. Ukraynanın postsovet mirasına isə güclü prezidentlik xasdır, bu da ölkənin güclü demokratik meyllərinin imkanlarını azaldıq”, – müəllif yazır.

Huawei smartfon satışında öndə getməyi hədəfləyir

Çinin Huawei Technologies Co Ltd [HWT.UL] şirkəti bildirir ki, bu il dünyanın ən çox smartfon satan şirkətinə çevrilə bilər, bunu hətta ABŞ bazarı olmadan belə gerçəkləşdirər.

Huawei-nin Varşava ofisi
Huawei-nin Varşava ofisi

Bu proqnoz hazırda bazarın lideri olan Samsung və Apple Inc kimi digər rəqiblərin durumuna ziddir. Hər iki şirkətin Çində satışı zəifləyib. Ən böyük smartfon bazarı sayılan Çində tələbat çoxdan azalmaqdadır və bu ölkədə iqtisadi artım da son 30 ilin ən aşağı sürətini yaşamaqdadır.

Birləşmiş Ştatlar və müttəfiqləri isə Huawei üçün bazara çıxışı məhdudlaşdırır, onun məhsullarının Çin tərəfindən casusluq üçün istifadə oluna biləcəyini deyir. Huawei bu iddianı əsassız adlandırır.

Bu arada şirkətin baş maliyyə rəsmisi ABŞ sanksiyalarını pozmağa cavab olaraq Çində həbs olundu. Şirkətsə hər hansı yanlışa yol vermədiyini deyir.

“Müştərilərimiz bizə inanırlar. Bizə təzyiq göstərmək istəyənlər yalnız siyasətçilərdir”, – şirkətin istehlak bölümünün rəhbəri Richard Yu Pekində mətbuat konfransında deyib.

Şirkət ötən il istehlak biznesində gəlirlərinin 50 faiz artdığını, 52 milyard dolları aşdığını bildirib. Gələn ay yeni 5G sistemilə işləyəcək smartfonun buraxılmasıyla bu tendensiyanın saxlanacağı bildirilir.

“Hətta ABŞ bazarı olmadan belə, dünyanın bir nömrəli şirkəti olacağıq. Bunu ən tezi bu il, ən geci gələn ilə gözləyirəm”, – deyən Yu Huawei-nin ötən il 208 milyon telefon satdığını vurğulayıb.

Ötən il dünyada smartfon satışı 3 faiz düşüb.

Birləşmiş Ştatlara gedən honduraslı miqrantlar
Birləşmiş Ştatlara gedən honduraslı miqrantlar

Amerikalıların çoxu yüksək bacarıqlı mühacirləri dəstəkləyir

İqtisadi baxımdan inkişaf etmiş, immiqrantların çox yaşadığı digər ölkələrdə olduğu kimi, amerikalıların çoxu yüksək bacarıqları olan şəxslərin Birləşmiş Ştatlara mühacirətini dəstəkləmək tərəfdarıdır. Bunu Pew araşdırma mərkəzinin ötən il 12 ölkədə keçirdiyi sorğu üzə çıxarıb.

Hər 10 yetkin amerikalıdan səkkizi (78%) yüksək bacarıqlı şəxslərin Birləşmiş Ştatlara mühacirətini və orada işləməsini dəstəkləyir. Bu göstərici İsveç, Britaniya, Kanada, Almaniya və Avstraliyadan yüksəkdir.

Fransa, İspaniya və Niderlandda bu tip immiqrasiyaya müsbət yanaşma daha zəifdir. Yalnız İsrail və İtaliyada respondentlərin yarıdan azı, uyğun olaraq 42 və 35 faizi bacarıqlı immiqrantların axınını dəstəkləyir.

Sorğu onu da üzə çıxarıb ki, hətta Niderland, İsrail və İtaliya kimi əhalisinin ümumilikdə immiqrasiyanın azalması tərəfdarı olduğu ölkələrdə respondentlərin yarısı, yaxud daha çoxu yüksək-bacarıqlı immiqrasiyanı həvəsləndirmək tərəfdarıdır.

ABŞ-da immiqrantların üçdə birindən çoxu ali təhsillidir.

XS
SM
MD
LG