Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:06

Bakı-Sumqayıt qatarı bir gün işləməyəcək


Qatar

Yanvarın 27-də Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.

Bu barədə bu gün, yanvarın 24-də «Azərbaycan Dəmir Yolları» ASC məlumat yayıb.

Məlumatda bu, Sumqayıt sərnişin stansiyasında aparılan təmir-bərpa işləri ilə izah edilib.

Bakı-Sumqayıt-Bakı marşrutunda elektrik qatarlarının hərəkəti təmirlə bağlı bundan əvvəl bu il yanvarın 12-si və 13-də dayanmışdı.

Xatırlama

Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünüb. Onda Bakı-Sumqayıt istiqamətində dəmir yolu infrastrukturu yenidən qurulmağa başlanıb. Həmin vaxt xəttə yeni, müasir qatarlar buraxılıb. Ona qədər isə bu sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılmışdı.

Multimedia

XS
SM
MD
LG