Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 20:03

Deputatdan sual: 'İnsan xəstə heyvanla necə dolana bilər'


Milli Məclis

«Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar var. Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməlidir».

«Report»un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün, yanvarın 24-də keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat qeyd edib ki, nöqsanlar aradan qaldırılmalıdır: «Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır».

Deputat Araz Əlizadə də bu məsələdən narazı olduğunu qeyd edib: «Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf etdirsinlər. Nazirliyin mövqeyi budur ki, «heyvan öldüsə, bizi ver məhkəməyə». Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki!.. Buna büdcədən vəsait ayrılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz... İnsanlara hörmət etmək lazımdır. İnsan xəstə heyvanla özünü necə dolandıra bilər?».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bundan əvvəl mətbuatda yer alan belə tənqidləri əsaslı saymayıblar. Qurumdan bildirildiyinə görə, bu məsələdə hər hansı narazılıq varsa, onlara şikayət edilə bilər.

Xatırlatma

Son illər Azərbaycanda sosial müavinət alan insanların sayı kəskin azalıb. Rəsmi rəqəmlərə görə, bu, təkcə keçən il 50 faizə yaxın olub. 2018-ci ilin dekabrında bu proqram 42 min 895 ailəni əhatə edib, Bunun əvəzində isə hökumət tədricən özünüməşğulluq proqramı həyata keçirməyə başlayıb. Bu layihədə isə sosial yardıma ehtiyacı olan ailələrə maddi yardım kimi pul yox, mal-qara və ya başqa təsərrüfat subyektləri verilir. Rəsmi rəqəmlərə görə, ötən il 5 mindən çox ailə belə aktivlərlə təmin olunub və özlərinin kiçik ailə təsərrüfatlarını yaradıb. Bu il 7 min ailənin bu proqramdan yararlanması qarşıya məqsəd qoyulub.

Multimedia

XS
SM
MD
LG