Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 15:05

Azərbaycan ‘ən yaxşı ölkələr’ reytinqində hardadır


Prezident İlham Əliyev Yasamalda park açılışında, arxiv fotosu

Prezident Donald Trump-ın “Amerikanı Yenidən Böyük Edək” cəhdlərinə baxmayaraq, Birləşmiş Ştatlar “ən yaxşı” ölkələr siyahısında heç ilk beşliyə belə düşməyib. Reytinqi “U.S. News & World Report” hazırlayır.

BAV Group konsultasiya şirkəti və Pensilvaniya Universitetinin Wharton Məktəbi ilə birgə hazırlanan “Ən yaxşı ölkələr” indeksində ölkələr bir sıra kateqoriyalar üzrə dəyərləndirilir. Ölkənin səyahət baxımdan cəlbediciliyi, biznes imkanları, mədəni nüfuzu, müasirliyi, sahibkarlıq, həyat keyfiyyəti, miras, güc və artımına baxılır. Bütün bu ölçülərə görə İsveçrə bu il birinci yerə çıxıb. Ondan sonra ilk beşlikdə Yaponiya, Kanada, Almaniya və Britaniya yer alır.

Azərbaycan 80 ölkə içində 70-cidir. Ötən il 64-cü yeri tutmuşdu, yəni, geriləyib.

Qonşulardan Ermənistan və Gürcüstan reytinqə salınmayıb. Türkiyə 34, Rusiya isə 24-cüdür.

TRUMP-IN LİDERLİYİNİN GÖSTƏRİCİLƏRƏ TƏSİRİ

Birləşmiş Ştatlar ötən il olduğu kimi səkkizinci pillədə qalıb, 2016-cı ildə dördüncü olmuşdu. Son illərin geriləməsi elə Trump-ın rəhbərliyi ilə əlaqələndirilir. Tədqiqatçılar ötən il ölkəylə bağlı beynəlxalq yanaşmaya “böyük mənfi” təsir göstərildiyini deyirlər.

Donald Trump
Donald Trump

Artıq ikinci ildir ABŞ 8-ci yerdədir. Dünyanın Birləşmiş Ştatlara inam səviyyəsi də düşməkdədir, hazırda inam dərəcəsinə görə 27-cidir. ABŞ-ın insan haqlarının qayğısına qalmasına dair anlayış zəifləyir. Bunlar Prezident Donald Trump-ın dünya səhnəsindəki strategiyasının işləməməsinin göstəriciləri ola bilər, amma Birləşmiş Ştatlar yenə də dünyanın 1 nömrəli ölkəsi sayılır, ondan sonra Rusiya gəlir”, – bu ilin reytinqi ilə birgə yayılmış pres relizdə deyilir.

“2019-cu ilin Ən Yaxşı Ölkələri” hesabatında 75 fərqli ölçü üzrə 80 ölkə dəyərləndirilib. 36 ölkədə 20 min respondentin rəyi öyrənilib.

“Ən nüfuzlu” altkateqoriyasında Rusiya 26-cı yerdən 24-ə, Çin isə 20-ci pillədən 16-ya qalxıb.

Çinlə Rusiya mədəni nüfuz kateqoriyasında da irəliləyiblər. Bu kateqoriya üzrə birinci yeri İtaliya tutub. Sorğuda respondentlərdən ilk dəfə soruşulub ki, ərzaq və şərabı hansı ölkədə qəbul etmək istəyərdilər.

Birləşmiş Ştatlar bu alt-kateqoriyalarda uyğun olaraq 11-ci və 7-ci olub. Səhiyyə üzrə Almaniya birinci, ABŞ 10-cu yerdədir.

Sahibkarlığın durumuna görə liderlik Yaponiyadadır, həyatın keyfiyyətinə görə isə 17-cidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG