Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:26

Yunanıstan Makedoniyanın adını dəyişən sazişi qəbul etdi


Yunanıstanın baş naziri Alexis Tsipras (sağda) sazişin qəbulunu alqışlayır
Yunanıstanın baş naziri Alexis Tsipras (sağda) sazişin qəbulunu alqışlayır

Yunanıstan parlamenti kiçik səs fərqi ilə qonşu Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı tarixi sazişi qəbul edib.

Yunan millət vəkilləri yanvarın 25-də iki ölkə arasındakı münasibətlərin normallaşmasına yol açacaq bu sənədi 153 leyhinə, 146 əleyhinə olmaqla qəbul ediblər. Makedoniya parlamenti bu sazişi bir qədər əvvəl qəbul etmişdi.

Ötən il iki ölkəni ayıran sərhədin üstündəki Prespa gölünün sahilində Yunanıstan və Makedoniya baş nazirləri Alexis Tsipras və Zoran Zaev arasında imzalanmış saziş Makedoniyanın Avropa İttifaqı və NATO-ya üzv olması üçün maneəni aradan qaldırır. İndiyədək Makedoniyanın bu təşkilatlara qoşulmasını Yunanıstan bloklayırdı.

Avropa Komissiyasının prezidenti Jean-Claud Juncker, Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini və ittifaqın genişlənmə üzrə komissarı Johannes Hahn tərəfindən imzalanmış bəyanatda deyilir ki, “biz Ellada parlamenti tərəfindən Prespa Razılaşmasının ratifikasiyasına doğru atılmış növbəti həlledici addımı alqışlayırıq”.

Bu saziş Rusiyanın Balkanlardakı nüfuzunu məhdudlaşdırmaq istəyən Qərb ölkələri tərəfindən təqdir olunur. Lakin sənəd hər iki ölkədəki millətçi ünsürlərin hiddət və müqaviməti ilə qarşılaşıb.

Afina küçələrində zorakı millətçi aksiyalardan birində
Afina küçələrində zorakı millətçi aksiyalardan birində

Avropa İttifaqının bəyanatında daha sonra deyilir: “Regiondakı ən üzüntülü mübahisələrdən birinə son qoyulması üçün bütün tərəflərdən siyasi cəsarət, liderlik və məsuliyyət tələb olunurdu. İki ölkənin bu təkrarsız imkandan fürsətlənə bilməsi, ümumilikdə Avropa üçün barığın nümunəsi olacaq və regionun Avropa perspektivini canlandıracaq”.

Ratifikasiya səsverməsi üç gün davam edən qızğın debatlardan və zorakı küçə aksiyalarından sonra keçirilib.

Lakin yanvarın 25-də Afinada keçirilən bir neçə etiraz aksiyasında iştirak edənlərin sayı çox deyildi. Buna səbəb həm də leysan yağışları olub.

Yanvarın 24-də parlamentdə debatların davam etdiyi vaxtda küçələrdə “xainlər” şüarı ilə keçirilən yürüşün iştirakçıları polislə toqquşmuşdular.

Polis onun üstünə atılan daş-kəsəyə gözyaşardıcı qaz və səs qumbaraları ilə cavab vermişdi.

Polis bildirir ki, 10 nəfər həbs olunub və zorakılıq planlaşdırmaqda şübhəli bilinən daha 133 nəfər saxlanıb.

Sözü gedən saziş Makedoniyanın yeni adının Şimali Makedoniya Respublikası olmasını nəzərdə tutur.

Tsipras bu sazişin ratifikasiyası üçün lazım olan səs çoxluğunu müstəqil və müxailif millət vəkillərinin dəstəyi ilə təmin edə bilib.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, yanvarın 24-də Yunanıstan parlamentində qonşu Makedoniyaın adının dəyişdirilməsi üzrə tarixi razılaşma səsverməyə çıxarılacaq.

Yunanıstanın baş naziri Alexis Tsipras iyunda makedoniyalı həmkarı Zoran Zaev-lə razılaşma əldə edib. Sənənə görə, bu keçmiş Yuqoslaviya respublikası Şimali Makedoniya Respublikası adlanacaq.

Bununla da Yunanıstan Makedoniyanın NATO-ya üzvlüyünə etirazlarını geri götürür. Uzun illər Afina Skopyenin ona ərazi ambisiyaları olduğunu deyirdi, çünki Yunanıstanın şimalında Makedoniya adında vilayət var.

Prespa Razılaşması adlı sənədlə bağlı müzakirələr yanvarın 23-də başlanıb, bu gün səsverməylə bitməlidir.

Sənədə qarşı çıxanlar isə parlamentin qarşısında etiraz planlaşdırır. Yanvarın 20-də on minlərlə adamın qatıldığı etirazda zorakılığa yol verilib.

10 gün öncə Makedoniya parlamenti ölkənin ad dəyişikliyi ilə bağlı Konstitusiyaya düzəlişi dəstəkləyib. Bundan sonra sənədin müzakirə növbəsi Yunanıstan parlamentinə çatıb.

Makedoniyada bu sazişə qarşı çıxanlar onu “ən böyük milli xəyanət” adlandırırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG