Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 11:04

Kim Trump-ın məktubundan ‘çox məmnundur’


Kim Jong Un Trump-la görüşdən qayıdır

Şimali Koreya lideri Kim Jong Un ABŞ Prezidenti Donald Trump-dan aldığı məktubdan “çox məmnun” olduğunu bildirib. Bu haqda Pxenyan dövlət mediası xəbər yayıb.

Rəsmi KCNA agentliyinin yanvarın 24-də bildirməsinə görə, Kim iki liderin planlaşdırılan ikinci sammitinə “yaxşı texniki hazırlıq” görür.

Agentlik Kim-in Trump-dan məktub aldığını bildirsə də, detalları açıqlamayıb.

Trump fevrala gözlənən sammit üçün yer seçildiyini deyib, amma əlavə informasiya verməyib.

Vyetnam hökumətindəki mənbənin “Frans Pres” agentliyinə bildirməsinə görə, sammitin ya Hanoy, ya da Dananqda keçirilməsindən ötrü “logistik hazırlıqlar” aparılır. Kommunistlərin idarə etdiyi Vyetnamın həm Vaşinqton, həm də Pxenyanla yaxşı münasibətləri var.

Liderlərin ilk görüşü Sinqapurda olmuşdu. Orada Kim Koreya yarımadasının nüvə silahlarından təmizlənməsinə dair ümumi öhdəlik götürmüşdü. Sammitdən sonra Trump elan etdi ki, Şimali Koreyanın nüvə təhdidi sona çatıb.

Ancaq Pxenyan hələ bu istiqamətdə Vaşinqtonun gözlədiyi konkret addımları atmalıdır.

XS
SM
MD
LG