Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Amazon özüyeriyən robotları sınaqdan çıxarır


Arxiv fotosu

Amazon onlayn satış şəbəkəsi yanvarın 23-dən özüyeriyən robotları sınaqdan çıxarmağa başlayıb. Bu robotlar şirkətin Sietldakı əsas bazası ətrafında bağlamalara ünvanına çatdırır.

Elektriklə işləyən, altıtəkərli maşınların adı “Scout”dur, Amazon tərəfindən hazırlanıb. Onlar səkilərin qırağıyla tipik insan yerişiylə gedirlər.

Şirkət bildirir ki, bu robotlar küçələrdə adamlar və ev heyvanlarının olduğu yerlərdə işlərini görə biləcəklər.

“Amazon Scout-u Sietldakı araşdırma və inkişaf laboratoriyamızda hazırladıq. Bu qurğuların ev heyvanlarının, piyadaların, yollarında olan istənilən şeyə rəğmən təhlükəsiz və səmərəli işini təmin etdik”, – layihənin vitse-prezidenti Sean Scott bəyanatında deyib.

Onun sözlərinə görə, Vaşinqton ştatında altı kiçik robot Amazon müştərilərinə bağlamaları çatdırmaqdadır.

Robotlar bazar ertəsindən cümə gününədək günorta saatlarında işləyəcək. Onlar göstərilən ünvanlara yollansalar da, sınaq müddətində Amazon işçiləri də onları müşayiət edəcək.

XS
SM
MD
LG