Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:21

Senat ‘şatdaun’ layihələrini səsverməyə çıxaracaq


Mitch McConnell (solda)
Mitch McConnell (solda)

ABŞ Senatı cümə axşamı – yanvarın 24-də hökumətin təxminən bir aydır davam edən bağlanmasına (şatdaun) son qoymağı hədəfləyən iki qanun layihəsini səsverməyə çıxaracaq. Ancaq “Reuters” agentliyi 800 min işçi üçün bu tezliklə çıxış yolunun, hələlik, görünmədiyini yazır. Bu qədər işçi hazırda ya məcburi məzuniyyətə göndərilib, ya da pulsuz işləyir.

Senatda respublikaçı çoxluğun lideri Mitch McConnell hökumətin ayrı-ayrı xidmətlərinin işinin bərpasını nəzərdə tutan layihəni səsverməyə çıxaracaq. Bu layihədə Meksikayla sərhədin hasarlanması və qanunsuz immiqrantların üç il ərzində deportasiyadan azad olunması var.

Amma Demokratlar daha öncə Prezident Donald Trump-ın bu təklifə etirazlarını bildiriblər.

Demokratların irəli sürdüyü layihədə isə hökumət üç həftəlik maliyyələşdirilir, amma bu təklifdə ABŞ- Meksika sərhədinin hasarlanmasına 5,7 milyard dollar ayrılması nəzərdə tutulmayıb. Prezident daha öncə oxşar qanun layihəsini rədd edib.

Nancy Pelosi
Nancy Pelosi

McConnell əvvəl demişdi ki, Trump-ın imzalamaqdan imtina edəcəyi maliyyə sənədini nəzərdən keçirməyəcək.

Prezident sərhədin hasarlanmasına pul ayrılması əvəzində Birləşmiş Ştatlara uşaqkən qanunsuz olaraq aparılmış şəxslərə güzəştlər təklifinin Senatdan keçməyəcəyi ehtimalı böyükdür, Demokratların nəzarətində olan Nümayəndələr Palatasında şansları isə lap azdır.

Demokratlar deyirlər ki, hasarın əbədi hasarlanmasilə immiqrantların deportasiyadan müvəqqəti qorunması arasında alver etməyəcəklər. Trump 2017-ci ildə sözügedən immiqrantların qorunmasına son qoydu, bu da məhkəmə çəkişməsinə yol açdı.

Amma agentlik yazır ki, Senatın addımı dekabrın 22-də başlanmış “şatdaun”a son qoymaq üçün iki partiya arasında danışıqlara yol aça bilər.

Amerikalılar ölkə tarixində ən uzun “şatdaun”a görə Trump-ı günahlandırırlar.

Hökumətin bağlanmasından ziyan görən federal işçilər isə xərclərini birtəhər yoluna qoymağa çalışırlar.

Trump administrasiyasının rəsmisi dünən – dekabrın 22-də deyib ki, prezident yanvarın 29-da illik müraciətini edəcək. Nümayəndələr Palatasının spikeri Nancy Pelosi prezidenti bu çıxışı ertələməyə çağırmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG