Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:15

Çiskinli hava gözlənir


Yağış

Yanvarın 24-də Bakı və Abşeron yarımadasında ciddi yağıntı gözlənilmir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 3-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 24-də Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı təxmin edilmədiyi bildirilir. Lakin Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı ehtimalı var. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG