Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Rusiyayla gərginliyi azaltmaq ‘mübarizə deməkdir’


Mike Pompeo çıxış edir
Mike Pompeo çıxış edir

Vaşinqtonla Moskva “Soyuq Müharibə rəqabətinə məhkum” deyillər, amma Rusiyayla qarşıdurma riskinin azaldılması “bir mübarizəyə çevrilib”. Bunu ABŞ-ın Dövlət katibi Mike Pompeo İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda söyləyib.

Pompeo-nun sözlərinə görə, Kreml “baxışını və davranışını dəyişməlidir” və nüvə silahlarının yayılmasını önləməkdən ötrü Moskvayla danışıqlar aparılmalıdır.

Dövlət katibi qlobal şirkət liderləri qarşısında videoəlaqə vasitəsilə çıxış edib. Birləşmiş Ştatlarda hökumət qismən bağlandığından onun Davosa səfəri təxirə salınıb.

Pompeo Kremlin Ukrayna siyasətini tənqid edib. Moskva Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləyir.

“DÜZGÜN İSTİQAMƏTƏ QAYITSALAR...”

O, Rusiyanın Birləşmiş Ştatlar və digər ölkələrdə seçkilərə iddia olunan müdaxiləsini də pisləyib.

Forum iştirakçısı
Forum iştirakçısı

Beynəlxalq ictimaiyyətin bir hissəni olmaq istəyən millətlər bu cür davranmırlar”, – Pompeo deyib.

“Ümid edirik, onlar hərəkətlərində düzgün istiqamətə qayıdacaqlar… bu onları hüququn aliliyi, düzən və azadlıq yoluna aparacaq”, – Pompeo deyib.

Dövlət katibinin sözlərinə görə, Rusiya belə edərsə, “iki ölkənin yanaşı çiçəklənərək böyüyəcəyinə inanıram. Biz düşmən olmağa düçar deyilik”.

Pompeo da çıxışında Prezident Donald Trump-ın beynəlxalq qurumlar barədəki tənqidlərini, milli suverenliyin qotunmasından ötrü “sərhədlərin gücləndirilməsi” çağırışlarını səsləndirib.

O, yanvarın 30-31-də Çinlə ticarət danışıqları barədə nikbin danışıb, deyib ki, Pekin mülkiyyət hüquqlarının qorunmasına başlarsa, açıq və ədalətli ticarət prinsiplərini qəbul edərsə, münaqişədən qaçıla bilər.

Pompeo Şimali Koreyayla gözlənən nüvə danışıqlarında irəliləyiş ola biləcəyini söyləyib.

Yanvarın 22-də başlanmış Dünya İqtisadi Forumu yanvarın 25-dək davam edəcək.

Bu gün – yanvarın 23-də forumda Almaniya Kansleri Angela Merkel və Yaponiyanın Baş naziri Shinzo Abe çıxış edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG