Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:31

Bu gün Oskara namizədlər açıqlanır


Arxiv fotosu

Yanvarın 22-də 2019-cu il Oskar mükafatına namizədlərin adları acılanacaq.

Mərasim Kaliforniyada, Beverli Hilzdəki Samuel Goldwyn Teatrında Kumail Nanjiani və Tracee Ellis Ross tərəfindən elan olunacaq.

Tədbir Oscars.com, Oscars.org saytlarında, film akademiyasının Facebook, YouTube və Twitter səhifələrində canlı yayımlanacaq.

Tədbir öncəsi baş verənlər həm akademiya, həm də bəzi namizəd filmlər üçün çətin keçib.

Fevralın 24-də keçiriləcək təqdimat mərasiminin aparıcısı komediyaçı Kevin Hart olmalıydı. Amma bir neçə il öncəki homofobik tvitlərinə görə üzr istəməli olub, namizədliyini geri götürüb.

Beləliklə Oskar mərasimi rəsmi aparıcısız qalıb.

Məlumatlara görə, bu dəfə Oskar təqdimatı aparıcısız keçiriləcək, akademiya bir dəfə 1989-cu ildə belə edib.

XS
SM
MD
LG