Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:31

WhatsApp mesajın təkrar göndərilməsini məhdudlaşdırır – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Facebook şəbəkəsinin WhatsApp messencer xidməti bir istifadəçinin mesajı təkrar göndərməsinin sayını beşə salır. Şirkət rəsmilərinin bildirməsinə görə, məqsəd “dezinformasiya və şayiələr”lə mübarizədir.

“Bu gündən bütün dünyada beş mesajlıq limit qoyuruq”, – WhatsApp-ın siyasət və kommunikasiya üzrə vitse-prezidenti Victoria Grand deyib.

Bundan öncə WhatsApp istifadəçisi bir mesajı 20 fərdə, yaxud qrupa göndərə bilərdi. WhatsApp bu addımı ötən iyulda Hindistanda atmışdı. O zaman sosial mediada şayiələrin yayılması qətllər və linçləmə cəhdləri ilə sonuclanmışdı.

1,5 milyard istifadəçisi olan WhatsApp bu xidmətdən sui-istifadənin qarşısını almağa çalışır. Bu arada dünyada belə bir narahatlıq var ki, bu platformada saxta xəbərlər, manipulyasiya edilmiş fotolar, konteksti olmayan videolar, hiyləli audiolar yayılır.

İllüstrativ foto
İllüstrativ foto

Bu xidmət yüzlərlə istifadəçinin mətn, foto, video mübadiləsinə şərait yaradır. Bütün bunlar müstəqil faktyoxlayıcıların, hətta platformanın özünün belə nəzarəti olmadan baş verib.

Qeyd edək ki, ötən həftə Azərbaycanda sinoptiklər şərt hava şəraiti barədə xəbərdarlıq yaydı. Təhsil Nazirliyi bu səbəbdən məktəb və bağçalarda dərslərin və təlimin iki gün dayandırılmasına göstəriş verdi. Belə bir məqamda WhatsApp-da yayılmış bir səsyazısında bir qadın bu tədbiri özünəməxsus şəkildə şərh edir, bunu ölkəyə məqsədli şəkildə donuq qripinin gətirilməsi cəhdilə əlaqələndirirdi, xəbərdarlıq edirdi ki, özəlliklə uşaqlar küləkli havada bayıra buraxılmasın. Səhiyyə Nazirliyi isə bu informasiyanı təkzib etdi, ölkədə donuz qripi virusunun yayılmadığını bildirdi.

Ötən il 1,4 milyard turist gəlib

Ötən il beynəlxalq miqyasda turist varidolmaları 6% artaraq 1,4 milyarda çatıb, yəni, bu, proqnozlaşdırıldığından iki il tez baş verib. Bu məlumat BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Dünya Turizm Barometrinə əsasən yayılıb. Əslində, 1,4 milyardlıq turist varidolmasına 2020-ci ilədək çatılacaqdı.

Dublində turistlər
Dublində turistlər

Ötən il qlobal iqtisadiyyatda 3,7 faizlik artım qeydə alınıb. Yaxın Şərqə turist səfərləri 10%, Afrikaya 7%, Sakit Okean və Avropaya ayrı-ayrılıqda 6% yüksəlib. Amerikalara turist gedişləri isə dünyadakı orta həddən aşağı olub – 3%.

“Son illər turizmdəki artım bu sektorun iqtisadi artım və inkişafın ən güclü təkanverici faktorlarından olduğunu göstərir. Onu davamlı şəkildə idarə etmək, bütün ölkələr üçün real gəlirlərə çevirmək məsuliyyəti daşıyırıq”, – turizm təşkilatının baş katibi Zurab Pololikashvili deyib.

“Bu səbəbdən UNWTO 2019-cu ildə diqqəti təhsilə, bacarıqlara, iş yerlərinin yaradılmasına yönəldir”, – o, sözlərinə əlavə edir.

Qurum 2010-cu ildə proqnozlaşdırmışdı ki, 2020-ci ildə beynəlxalq turist varidolmalarının sayı 1,4 milyarda çatacaq. Ancaq daha güclü iqtisadi artım, daha çatımlı hava səyahəti, texnoloji dəyişikliklər, yeni biznes modelləri, bütün dünyada viza qaydalarının yüngülləşdiriməsi son illər artımı sürətləndirib.

Ötən il Avropaya 713 milyon dəfə beynəlxalq turist gedib və bu 2017-ci ildəkindən 6% artıqdır. Cənubi və Aralıq dənizi Avropasına (+7%), Orta və Şərqi Avropaya (+6%) və Qərbi Avropaya (+6%) turist səfərlərində artım baş verib. Şimali Avropa üzrə göstəricilər dəyişməz qalıb və bu, Britaniyaya səfərlərin zəifləməsilə bağlıdır.

Çinin iqtisadi artımı son 28 ildə zəifləyib

Ötən il Çin son 30 ilə yaxın dövrün ən ləng iqtisadi artımını qeydə alıb. “Frans Pres” agentliyi bunun nəhəng borclar və ABŞ-la ticarət müharibəsilə bağlı olduğunu yazır.

Çinin Haynan vilayətində azad ticarət zonası yaradılır
Çinin Haynan vilayətində azad ticarət zonası yaradılır

6,6 faizlik artım hökumətin qoyduğu 6,5 faizlik hədəfdən çoxdur, amma 2017-ci ildəki 6,8 faizdən azdır. Məlumatı Dövlət Statistika Bürosu (NBS) yayıb.

İlin son üç ayı ərzində isə 6,4 faizlik artım qeydə alınıb ki, bu, 10 il öncəki qlobal maliyyə böhranı dövründəki aşağı həddə uyğundur. İqtisadçılar isə yavaşımanın dərinləşəcəyini proqnozlaşdırırlar.

“Hamı çoxlu dəyişikliklərin və qeyri-müəyyən faktorların yer aldığı beynəlxalq durumun gedişatından çox narahatdır”, – NBS-nin komissarı Ning Jizhe deyib.

“Ticarətin ÜDM-nin üçdə birini təşkil etdiyi, dünyanın ikinci böyük iqtisadiyyatına bunun təsiri var”, – o deyib.

Artımın səngiməsinə cavab olaraq Baş nazir Li Keqiang ötən həftə deyib ki, hökumət iqtisadiyyatın “çökməsinə” imkan verməyəcək.

Ötən il Çinin aparıcı ticarət tərəfdaşı olan ABŞ-la münasibətləri kəskin pisləşib. Prezident Donald Trump ticarətdə güzəştlər əldə etmək məqsədilə Çindən idxal olunan malların təxminən yarısına yeni tariflər qoyub. Çin də qarşılıqlı addım atıb.

“Çin-ABŞ iqtisadi və ticarət əlaqələri iqtisadiyyata təsir göstərir, amma bu təsir ümumilikdə idarəolunandır”, – Ning deyib.

XS
SM
MD
LG