Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 21:02

Casusluqda suçlanan amerikalı azadlığa buraxılmadı


Paul Whelan
Paul Whelan

Məhkəmə casusluqda suçlanan amerikalı Paul Whelan-ı azadlığa buraxmayıb. O, fevralın sonunadək həbsdə qalacaq.

Moskva Şəhər Məhkəməsi yanvarın 22-də aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

48 yaşlı Whelan məhkəməni metal kabinədən izləyib.

Bu qərardan bir neçə saat öncə onun rusiyalı vəkili deyib ki, dekabrda saxlanarkən onda məxfi informasiya olub, ancaq onu necə əldə etdiyi, yaxud həmin informasiyadan xəbərdar olub-olmadığı bəlli deyil

Rusiya hakimiyyəti də onun “casusluq edərkən” saxlandığını bildirir. Vəkil Vladimir Zherebenkov müvəkkilinin ittihamı rədd etdiyini deyir. Ailəsi də onun günahsız olduğunu deyir.

Vladimir Zherebenkov
Vladimir Zherebenkov

Məhkəmədən öncə Interfax Zherebenkov-a istinadla yazıb ki, “Whelan saxlananda dövlət sirri olan informasiya aşkarlanıb”.

“Ancaq onu necə əldə edib, onunla nə etmək istəyib, Whelan-ın üstündə gizli informasiyanın mövcudluğundan xəbərdar olub-olmaması bəlli deyil”, – Zherebenkov deyib.

Vəkilin sözləri onu deməyə əsas verir ki, müdafiə tərəfi dəlilin Whelan-ın üstünə atıldığını iddia edə bilər.

Interfax ABŞ səfirliyinin sözçüsü Andrea Kalana istinadla yazıb ki, səfirlik əməkdaşları da məhkəməni izləyiblər.

***

Rusiyada casusluq ittihamıyla saxlanmış amerikalı Paul Whelan yanvarın 22-də məhkəmə qarşısına çıxarılacaq. O, həbs qətimkan tədbirindən şikayət verib.

“Whelan məhkəmədə şəxsən iştirak edəcək”, – Moskva Şəhər Məhkəməsinin sözçüsü Ulyana Solopova yanvarın 21-də Interfax-a deyib.

RIA Novosti xəbər agentliyi isə Whelan-ın vəkili Vladimir Zherebenkov-a istinadla yazır ki, hakimiyyət məhkəmənin “dövlət sirləri” səbəbindən qapalı keçiriləcəyini bildirib.

Zherebenkov Whelan-ın rusca danışa bilmədiyi üçün tərcüməçi ilə təmin olunacağını sözlərinə əlavə edib.

Whelan barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini, zaminə buraxılmasını istəyir.

Keçmiş ABŞ dəniz piyadası olan Whelan həm də İrlandiya, Kanada və Britaniya vətəndaşıdır. Onu FSB agentləri dekabrın 28-də saxlayıb. Barəsində fevralın 28-dək həbs qətimkan tədbiri seçilib.

Casusluq ittihamları sübuta yetirilsə, onu 20 ilədək həbs cəzası gözləyir. Amma özü ittihamları rədd edir.

***

XS
SM
MD
LG