Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:47

Yenə daxili orqanda narkotik daşındığı deyilir


Heroin

Dövlət Gömrük Komitəsi (DGK) yenə İrandan qayıdan Azərbaycan vətəndaşlarının daxili orqanında narkotik aşkarlanması barədə məlumat yayıb.

Bu barədə qurum bu gün, yanvarın 21-də məlumat açıqlayıb.

DGK bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşları (iki şəxs) gömrük nəzarətindən keçən zaman özlərini şübhəli, narahat apardıqlarından saxlanıblar.

«Sorğu-sual zamanı onlardan üzərilərində qadağan olunan və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmet, o cümlədən də narkotik vasitə, psixotrop maddələrin olub - olmaması soruşulub. Vətəndaşlar isə öz növbəsində üzərilərində gömrük nəzarətinə təqdim edilməli hər hansı predmetin olmadığını bildiriblər», - məlumatda vurğulanır.

Komitənin məlumatına görə, onlar müayinə olunacaqlarını bildikdən sonra isə narkotik saxladıqlarını etiraf ediblər.

Onların birinin daxili orqanında 1 ədəd bükümdə çəkisi 49 qram olan psixotrop maddə və 287 qram heroin, digərinin daxili orqanında isə ümumi çəkisi 236 qram olan heroin aşkarlandığı qeyd olunur.

Onların adları açıqlanmır, ittihama münasibətləri bəlli deyil.

DGK son günlər belə oxşar məlumatları tez-tez yaymaqdadırlar.

Multimedia

XS
SM
MD
LG