Yanvarın 21-i səhər saat 7:34 dəqiqədən ay tutulması müşahidə olunub. Bunu Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər.
Proses bir saatdan çox davam edib. «Səbəb də budur ki, Ay-Günəş ildə iki dəfə eyni xətt üstündə olur. Bu halda Ay Yerin kölgəsinə daxil olur və Ay tutulması hadisəsi baş verir»,-deyərək rəsədxanadan vurğulayıblar.
Rəsədxanadan verilən məlumata görə, Azərbaycanda bu proses 15-20 dəqiqə izlənib. Türkiyədə 1 saata qədər, Qərbi Avropa ölkələrində isə müşahidə müddəti daha uzun çəkib.