Keçid linkləri

2025, 15 Yanvar, çərşənbə, Bakı vaxtı 09:00

Trump-ın planı hökuməti niyə aça bilməyəcək – Qərb mediası


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump-ın respublikaçıları və spikeri Nancy Pelosi-nin demokratları bu həftə hökumətin yenidən açılmasını səsverməyə çıxaracaqlar. Ancaq onlar tamamilə fərqli planlara səs verdiyindən qarşıdurmanın bu yeni mərhələsi çətin ki tarixdə ən uzun hökumət qapanmasına son qoysun, əksinə, tərəflər arasındakı uçurumu üzə çıxaracaq. Bu haqda “CNN” televiziyasının təhlilçisi Stephen Collinson yazır.

Trump şənbə günü təklif edib ki, Meksikayla sərhədin hasarlanmasına 5,7 milyard dolların ayrılması əvəzində bəzi sənədsiz mühacirlər müvəqqəti qorumayla təmin olunsunlar. Bir aydır sərhəd mübahisəsi üzündən hökumət qismən bağlanıb. Respublikaçılar Trump-ın təklifini dövlət xadiminə layiq cəhd sayırlar.

Nancy Pelosi
Nancy Pelosi

Ancaq Ağ ev daxilində və respublikaçılar arasında razılaşdırılmış plan demokratların dəstəyini çətin qazansın, çünki onların narahatlıqlarına cavab vermir. Həm də demokratlar ağrılı immiqrasiya məsələləri üzrə danışıqlardan öncə hökumətin yenidən açılmasında israr edirlər.

Trump-ın təklifi nəticəsində hazırda maaşsız qalmış 800 min federal işçi də işinə qayıda bilməyəcək. İndi sual budur ki, Prezident hazırda hökumətin bağlanmasına görə çiynində daşıdığı yükü demokratlara ötürə biləcəkmi”, – yazan müəllif Trump-ın tanış yanaşma sərgilədiyini vurğulayır. Elə digər məsələlərdə, məsələn ABŞ-ın müttəfiqləri ilə ticarət müharibələrində də o, böhrana son qoymağa plan təklif edir, amma bu plan problemin tam həllini nəzərdə tutmur. Di gəl, Trump özü bunu hamının imzalamalı olduğu böyük saziş kimi təqdim edir.

İndi immiqrasiya məsələsində də o, demokratlara əlini uzadan təsiri bağışlayır, Birləşmiş Ştatlara uşaq ikən aparılmış sənədsiz miqrantların deportasiyasında üçillik fasilə, minlərlə digər miqranta qoruma təklif edir. Və bu plan respublikaçılara imkan verir ki, prezidentin problemin həlli üçün cəhd göstərdiyini iddia etsinlər.

Serbiya hələ də Avropa Birliyinə qoşulmaq istəyirmi?

Belqradda minlərlə serb prezident Aleksandar Vucic-ə qarşı etirazlara çıxıb. “The Economist” bu etirazları 1990-cı illərdə Slobodan Milosevic-ə qarşı etirazlarla müqayisə edir. O, 2000-ci ildə devriləndə şüar “Bitdi!” idi. Bugünkü plakatlarda isə “Başlandı!” yazılıb.

Belqradda etiraz, arxiv fotosu
Belqradda etiraz, arxiv fotosu

Etirazlar Rusiya Prezidenti Vladimir Putinin 17 yanvar səfərindən öncəki günlərə qədər davam edib. Kiçik solçu partiya lideri Borko Stefanovic noyabrın 23-də Krusevaç şəhərində görüşə gedərkən döyülüb, etirazlar da bundan sonra başlanıb. O, cinayətkarların Vucic-in hakim partiyasına bağlı yerli biznesmenin adamları olduğunu deyir.

Stefanovic-in sözlərinə görə, Serbiyanın üzv olmaq istədiyi AB liderləri Vucic-ə göz yumurlar, çünki Balkanların sabit qalmağını, onun Kosovoyla razılaşma əldə etməsini istəyirlər.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqillik elan edib.

Etirazların əsas qüvvəsi Belqraddadkı orta sinifə məxsus serblərdi. Ipsos aylıq sorğusunun nəticələrinə görə, serblərin 44 faizi ölkənin düzgün istiqamətdə getdiyini düşünür, 33 faizsə əks fikirdədir. Əgər cənab Vucic seçki keçirsəydi, seçicilərin 65-75 faizi ona və müttəfiq partiyasına səs verərdi. Ötən il ölkə iqtisadiyyatı 4,4 faiz artıb, işsizlik azalıb, ölkəyə xarici investisiya artır.

Ancaq sorğuçular serblərin indi daha yoxsul olduqlarını deyirlər. Hər il 50 min nəfər ölkədən gedir. Baş nazir Ana Brnabic seçki keçirməklə bağlı qərar verilmədiyini deyir. Ancaq o, “konstruktiv tənqiddə həmişə maraqlı” olduğunu vurğulayır. O, etirazçıların şikayətlərinin “faktlara əsaslanmadığını”, islahatları, təhsilə, rəqəmsallaşmaya sərmayələri davam etdirmək istədiyini deyir.

Şahzadə Philip “üzr istəsin”

Britaniyada Şahzadə Philip-in olduğu maşının vurduğu avtomobildə olmuş qadınlardan biri onun üzr istəməsini istəyir.

Şahzadə Philip, arxiv fotosu
Şahzadə Philip, arxiv fotosu

Ötən həftə 97 yaşlı Philip-in olduğu Land Rover Norfolkda Kia ilə toqquşmadan salamat çıxıb. Kiada sərnişin yerində oturmuş 46 yaşlı Emma Fairweather-in biləyi sınıb, 28 yaşlı sürücü qadın isə dizi xəsarət alıb. Onun 9 aylıq körpəsi salamat qalıb.

“Sunday Mirror” qəzetinə müsahibəsində Fairweather kral ailəsinin davranışından məyus olduğunu, Philip-dən üzrxahlıq gözlədiyini deyib.

“Onun sağ qalmasına sevinirəm, amma bir üzrxahlıq da eləmədi”, – Fairweather söyləyib.

“Şahzadə Philip üzr istəsəydi, mənə dünyaları verərdilər, amma onun peşman olub-olmadığını da bilmirəm”, – o deyib.

Amma kral sarayının sözçüsü qəzadan sonra “PEOPLE” dərgisinə demişdi ki, “sürücü və sərnişinə tam dəstək mesajı göndərilib”.

Sözçü qadının müsahibədə səsləndirdiyi fikirləri şərh etməyib.

Fairweather şahidlərdən birinin iddiasını da mübahisələndirib. Şahid deyib ki, qəzadan öncə Philip-i “gün şüası karıxdırıb”.

“Buludlu havada bunun həqiqət olmasını anlamıram”, – Fairweather söyləyib.

XS
SM
MD
LG