Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:43

Gömrük mayoru 100 manat rüşvətə görə məhkəmə qarşısında


Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

Bakı Baş Gömrük İdarəsinin əməkdaşı, mayor Ayaz Cəfərəliyev rüşvət ittihamıyla hakim qarşısına çıxarılıb. Onun aldığı iddia olunan rüşvətin məbləği isə 100 manatdır.

A.Cəfərəliyev Dövlət Gömrük Komitəsindəki rəhbər dəyişikliyindən sonra cinayət məsuliyyətinə cəlb olunanlardandır. Onların əksəriyyətinə irəli sürülmüş rüşvətalma ittihamlarında bir neçə yüz və ya bir neçə min manatdan söhbət gedir.

A.Cəfərəliyev həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Gömrük Komitəsinin işini necə qiymətləndirirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Yanvarın 17-də məhkəmədə A.Cəfərəliyev haqqında ittiham aktında yazılanlar elan edilib. Orada yazılıb ki, A.Cəfərəliyev Bakı Baş Gömrük İdarəsinin «İpək yolu» gömrük postuna təhkim olunub. Gömrük mayoru Baş Gömrük Mühafizə Xidmətinin «Şimal» gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi işləyib. İddia olunur ki, o, «İpək yolu» gömrük postunun 6-cı anbarında xidmətdə olarkən «S3 Safety» MMC üçün gətirilən yükə baxış keçirib. Həmin vaxt şirkətin nümayəndəsi Rəşad Rəhimovdan 100 manat pul istəyib və alıb.

Bu hadisədən sonra A.Cəfərəliyev «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 69-cu maddəsi ilə gömrük orqanlarından xaric edilib. Bir müddət sonra da cinayət məsuliyyətinə cəlb olunub.

A.Cəfərəliyev özünü təqsirli bilməyib. Günahsız olduğunu, kimsədən rüşvət almadığını deyən gömrük mayoru deyib ki, ittihamda yazılanlar həqiqətəuyğun deyil: «Mən nə kimdənsə 100 manat istəmişəm, nə də almışam...».

A.Cəfərəliyev CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur. Bu maddədə 3 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 4 ildən 8 ilə qədər həbs nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG