Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:56

Tacikistanda qar uçqununda beş nəfər ölüb


Tacikistanda qar uçqunu

Bu həftə Tacikistanda qar uçqununda azı beş nəfər həlak olub. Rəsmilər belə deyir.

Fövqəladə Komitənin sözçüsü Umeda Yusufova AzadlıqRadiosu-na deyib ki, yanvarın 17-də Qorno-Badaxşan regionunda böyük bir qar uçqununda 64 yaşlı Azkrizobek Muzofirshoev, onun 41 yaşlı oğlu Maftulbek Muzofirbekov həlak olub.

Daha bir nəfər ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Daha üç nəfər isə elə həmin regionda həftənin əvvəlində həlak olmuşdu. İki nəfər də itkin düşüb.

Yanvarın 14-dən ərazidə 20-dən artıq qar uçqunu baş verib, bütün əsas yollar, magistrallar bağlanıb.

Bundan öncə rəsmilər güclü qarın şimali Suğd regionunda 11 qar uçqunu yaratdığını, ölən olmadığını demişdilər.

Qırğızıstan ərazisinin 93 faizi qarla örtülüb, qar uçqunları və palçıq sürüşmələri hər il onlarla adamın həyatına son qoyur.

XS
SM
MD
LG