Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Rusiya İŞİD-in Maqnitoqorskdakı partlayışı törətdiyi barədə iddiasını rədd edir


Hadisə yeri
Hadisə yeri

Rusiyanın İstintaq Komitəsi bildirib ki, ötən ay Maqnitoqorsk şəhərində hündürmərtəbəli yaşayış binasının bir hissəsinin uçmasına qaz partlayışının səbəb olması əsas ehtimal olaraq qalır. Bundan əvvəl, özünü İslam Dövləti adlandıran ekstremist təşkilat partlayışı özünün törətdiyini bildirmişdi.

Dekabrın 31-də sözü gedən binanın bir hissəsinin uçması nəticəsində 39 nəfər həlak olub.

İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko yanvarın 18-də deyib: "Təhqiqatçılar faciənin birinci günündən onun bütün mümkün səbəblərini araşdırırlar. Məişətdə işlədilən qazın sızması əsas versiya olaraq qalır. Nəzərə alın ki, ekspertlər hadisə yerindən götürülmüş nümunələrdə partladıcı maddə və ya onun komponentlərini aşkar etməyiblər”.

Bu bəyanatdan əvvəl ekstremist təşkilatları monitorinq edən internet saytı İD-in Maqnitoqorskdakı parlayışı törətdiyini bəyan etdiyini bildirirdi.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, İslam Dövləti (İŞİD) ekstremist təşkilatı Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasındakı partlayış üçün məsuliyyəti üzərinə götürüb. Həmin hadisədə binanın bir hissəsi çökmüş, 39 nəfər həlak olmuşdu.

Rusiya hakimiyyəti isə 31 dekabr faciəsinə təbii qaz partlayışının səbəb olduğunu bildirmişdi.

Cihadçı təşkilatların onlayn fəaliyyətini araşdıran SITE kəşfiyyat qrupu yanvarın 17-də deyib ki, İŞİD həm bina, həm də daha sonra avtobusun partlamasına görə məsuliyyəti götürüb. Hər iki hadisə Maqnitoqorskda baş verib.

Ancaq Rusiyanın İstintaq Komitəsi bu bəyanatdan sonra, yanvarın 18-də bildirib ki, təhqiqatçılar hadisələrin səbəbi kimi qaz partlayışını araşdırırlar.

Partlayışdan xilas edilmiş 11 aylıq Ivan Fokin
Partlayışdan xilas edilmiş 11 aylıq Ivan Fokin

İstintaq Komitəsi yanvarın 1-də demişdi ki, “”bütün mümkün səbəblər” araşdırılır, bomba partlayışının heç bir əlaməti aşkarlanmayıb.

“Birinci gündən təhqiqatçılar faciəyə dair hər bir mümkün nəzəriyyəni nəzərdən keçirirlər. Evdə qaz partlaması nəzəriyyəsi prioritet olaraq qalır. Nəzərə alın ki, kriminalistlər hadisə yerindən partlayıcı izi aşkarlamayıblar”, – komitənin sözçüsü Svetlana Petrenko deyib.

Onun dediklərini yanvarın 18-də Interfax agentliyi yayıb.

Ancaq iki media qurumu hadisə yerində partlayıcıların mümkün izlərinin aşkarlandığını, binanın çökməsinə terror aktının səbəb ola biləcəyini yazmışdı.

Bu məlumatları müstəqil təsdiqləmək mümkün olmamışdı. Ancaq elə həmin məlumatlarda binadakı partlayışın yanvarın 1-də axşam həmin ərazidən 3 kilometr uzaqda mikroavtobusun yanmasıyla əlaqəli olduğu iddia edilirdi. Yanğında üç nəfər həlak olmuşdu.

Rəsmilər avtobusun yanmasına qaz kanistrinin partlamasının səbəb ola biləcəyini deyirdilər.

Son 25 ildə Rusiyada yaşayış binalarında bir sıra partlayışlara görə Şimali Qafqazdan olan yaraqlılar günahlandırılıb. Ancaq belə faciələrə görə evlərdə qaz partlayışının da əsas gətirildiyi olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG