Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:42

İnvestisiya qoyuluşu 4 faiz azalıb


Manat

2018-ci ildə Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafında bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238.2 milyon manat vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) bu gün, yanvarın 17-də məlumat yayıb.

DSK vurğulayır ki, bu, əvvəlki illə müqayisədə 4.4 faiz azdır: «Sərf edilmiş vəsaitin 68 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22 faiz artıb».

Açıqlamada qeyd edilir ki, sərmayənin 67.6 faizi məhsul istehsalı sahələrinin, 24.8 faizi xidmət sahələrinin, 7.6 faizi isə ümumi sahəsi 2 min 84.7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69.7 faizini təşkil edib.

Multimedia

XS
SM
MD
LG