Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:16

5 nəfərin aclığı davam etdirdiyi bildirilir


Mehman Hüseynova azadlıq tələbi ilə aclıq aksiyası davam edir
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Mehman Hüseynova azadlıq tələbi ilə aclıq aksiyası davam edir. Video arxiv

«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə yanvarın 3-dən keçirildiyi açıqlanan aksiyanın Müsavat Partiyasının qərargahında növbəli qaydada davam etdirildiyi deyilir.

Bir neçə fəal əvvəlcə öz evlərində aclıq aksiyasına başladıqlarını açıqlasalar da, onlar yanvarın 6-dan Müsavat Partiyasının qərargahında ayrılmış otağa yerləşiblər.

Araşdırmaçı-jurnalist Xədicə İsmayıl Azadlıq Radiosuna deyib ki, hazırda aksiyada onunla birgə 5 nəfər iştirak edir: «Bunlar Aygün Cəfərova, Zəfər Əhmədli (AXCP fəalı, məhbus Fuad Əhmədlinin atası), Rafiq Baxışov (AXCP fəalı, hazırda həbsdə olan Orxan Baxışlının atası) və Rövşən Niftalızadədir».

R.Baxışov və Z.Əhmədli aksiyaya yanvarın 15-də qoşulduqlarını açıqlayıblar. Daha sonra isə A.Cəfərova onlara qoşulduğunu bildirib.

«R.Niftalızadə isə əvvəlcədən aclığa başlamışdı. Amma o, yanvarın 13-də aclığı dayandırmışdı. Yanvarın 16-da yenidən aksiyaya qoşulub», - deyə Müsavat Partiyasının qərargahından bildiriblər.

Hələlik, bu aksiyaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Üstəlik, son günlər cəzaçəkmə müəssisələrində siyasi məhbus sayılan fəallardan 7-nin də M.Hüseynovun müdafiəsi ilə bağlı aclığa başladıqları açıqlanıb. Hərçənd, Penitensiar Xidmətin rəsmiləri bunu təsdiqləməyiblər. Onlar deyirlər ki, indi cəzaçəkmə müəssisələri və təcridxanada heç kim aclıq aksiyası keçirmir.

Xatırlatma

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Bloqer ittihamı qurama sayır.

Multimedia

XS
SM
MD
LG