Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:19

Casusluqda suçlanan amerikalıya diplomatlar baş çəkib


Paul Whelan (solda) və Maria Butina

İrlandiyalı deputatlar Rusiyada casusluq ittihamıyla saxlanmış amerikalıya həbsxanada baş çəkiblər. Bu haqda məlumatı Paul Whelan-ın qardaşı David verib.

O, diplomatlara istinadla qardaşının saxlandığı həbsxanada vəziyyətin yaxşı olduğunu deyib.

Bəyanatda ABŞ diplomatlarının ona yanvarın 17-də baş çəkəcəyi vurğulanır.

Keçmiş ABŞ dəniz piyadası, İrlandiya, Kanada, Britaniya və Birləşmiş Ştatlar vətəndaşlığı olan Paul Whelan dekabrın 28-də saxlanıb. Onun casusluqda suçlandığı bildirilir.

Bu maddəyə görə 20 ilədək həbs kəsilə bilər.

Rusiya rəsmiləri ona ittihamların detallarını açıqlamayıblar.

Whelan ABŞ avto-hissələr hazırlayan şirkətin qlobal təhlükəsizlik direktoru idi.

Rusiyalı vəkili Vladimir Zherebenko onun günahsız olduğunu deyir.

Vəkil ehtimal edib ki, Rusiya rəsmiləri onu ABŞ-da qeydiyyata alınmamış xarici agent kimi çalışmaqda suçlanan rusiyalı Maria Butina-ya dəyişməyi nəzərdən keçirə bilərlər.

ABŞ-ın səfiri Jon Huntsman yanvarın 2-də həbsxanada Whelan-a baş çəkib.

XS
SM
MD
LG