Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:07

Ukrayna tezliklə ‘ölkə kimi yox ola bilər’ – Qərb mediası


Ukrayna, Xarkov regionu
Ukrayna, Xarkov regionu

“Kiyev hakimiyyəti Ukraynanı parçalamaqdan ötrü əlindən gələni edir”, – bunu Rusiyanın baş təhlükəsizlik rəsmisi deyir.

Rusiya təhlükəsizlik şurasının katibi Nikolai Patrushev Ukrayna hakimiyyətini, o cümlədən Prezident Petro Poroshenko-nu ABŞ tərəfindən “idarə olunmaqda” suçlayıb.

“Kiyev hakimiyyətinin bu siyasəti davam etdirməsi Ukrayna dövlətçiliyinin itməsinə töhfəsini verə bilər”, – Patrushev “Rossiyskaya Gazeta”ya deyib.

“Kiyev hakimiyyəti Ukraynanı parçalamaqdan ötrü hər şeyi edir, Qərbin Ukraynanı Rusiyadan ayırmaq ssenarisini gerçəkləşdirir, öz xalqının maraqlarını gözardı edir”, – o, sözlərinə əlavə edib.

Nikolai Patrushev
Nikolai Patrushev

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Noyabrda isə Rusiya Qara dənizdə Ukrayna gəmilərini və dənizçilərini ələ keçirib. Dənizçilər sərhədi pozmaqda suçlanır, onlar barəsində həbs qətimkan təbiri uzadılıb.

Qərb regionlarının əhalisi cənub-şərqdə yaşayanlara inanmırlar, onları Rusiya dünyasının tərəfdarları sayırlar. Cənub və şərq regionlarında Kiyev hakimiyyəti daha çox radikal millətçilərin yerli əhaliyə göstərdiyi mənəvi və fiziki təzyiq hesabına təmin olunub”, – Patrushev sözlərinə əlavə edib.

Rusiya və AB Balkanlardakı fikir ayrılığını üstələyə biləcəkmi

Rusiya və Avropa Birliyinin istənilən məsələyə dair dialoqunda Qərbi Balkanlara dair qarşılıqlı ittihamlar əksik olmur. Zahirən burada geosiyasi rəqabət üçün elə bir əsas da yoxdur, amma ümumi inamsızlıq, beynəlxalq məsələlərə təməl yanaşmadakı fərqlər kommunikasiyasızlıq, qıcıq yaradır. Bu haqda Karnegi fondunun saytında Maxim Samorukov yazır.

Belqrad, Serbiya
Belqrad, Serbiya

Qərbi Balkanlara xarici yardım çox lazımdır və onlar Avropaya o qədər dərindən inteqrasiya olunublar ki, onlara yalnız AB kömək edə bilər. AB ölkələri xarici ticarət, investisiya, miqrasiya axını, maliyyə subsidiyaları kimi sahələrdə çox qabaqdadırlar. Balkanların Rusiya daxil digər xarici tərəfdaşları bunu gözəl anlayır və regionda güc balansında radikal dəyişiklik etməyə çalışmırlar…

Əgər Brüssel və Moskva Balkanlarda yarışırsa, bu bir-biriylə deyil, daha çox öz obrazıyla yarışdır. Rusiya özünü təkcə regional güc deyil, həm də maraqları postsovet məkanını aşan əsl qlobal dövlət kimi görmək istəyir. AB isə özünün proqressivliyini, cəlbediciliyini, sərhədlərində siyasi sabitlik və iqtisadi rifah təbliğ etmək bacarığını vurğulamaq fürsətini qaçırmır”, – yazan müəllif Qərbi Balkanların da hər tərəfin səylərini birləşdirməyə yaxşı imkan yaratdığını qeyd edir.

Belə ki, Rusiyanın özünü serbləri və pravoslav xristianların hüquqlarının müdafiəçisi kimi göstərmək arzusu AB-nin azlıqların hüquqlarını müdafiəsilə uzlaşır. Rusiyanın regiondakı enerji layihələri AB-nin Balkanların problemli ekoloji durumunu yaxşılaşdırmaq niyyətinə, yerli iqtisadiyyatların kömürdən təbii qaza keçidinə uyğundur. Və nəhayət, Moskva və Brüssel radikal İslamın yayılması, narkotik qaçaqçılığı, sərhədlərarası cinayətkarlıqdan narahatdır. Ancaq hələlik, tərəflər arasında əməkdaşlıq yoxdur, çünki Rusiyayla AB-nin ziddiyyətləri praktikdən çox ideolojidir.

Asiyada təqiblə üzləşən xristianlar

Çində xristianlar son on ilin ən pis təqibinə məruz qalırlar. Bu il azı 50 milyon nəfərin təqibin bir formasıyla üzləşəcəyi gözlənir, çünki hökumət dini ibadətə nəzarəti sərtləşdirir. Bunu “Open Doors” qlobal monitorinq təşkilatı üzə çıxarıb.

Krımda kilsəyə ibadətə gedənlər
Krımda kilsəyə ibadətə gedənlər

Qurum Çində dinə təzyiqi son beş ildə Asiyada xristianlara artan təqibin nümunəsi sayır. 50 ölkə üzrə araşdırma göstərib ki, Asiyada hər üç xristiandan biri təqibin yüksək formasıyla üzləşir. Hindistan ilk dəfə olaraq ilk onluğa düşüb.

“Open Doors” bu il dünyada 245 milyon xristianın təqibin yüksək formasıyla üzləşəcəyini bildirir. Ötən il bu rəqəm 215 milyon idi.

Üç həftə öncə Britaniyanın xarici işlə naziri Jeremy Hunt bütün millətlərdən olan xristianların üzləşdiyi təqiblərin müstəqil, qlobal icmalının hazırlanması göstərişi verib. Həmin icmalda Britaniya hökumətinin təhlükə altında olanları dəsəkləməkdən ötrü hansı praktik addımlar ata biləcəyinə dair tövsiyələr də yer almalıdır.

Xristianların ən çox təhdid gördüyü ölkələrə Şimali Koreya başçılıq edir. 10 ölkədə təqibin “aşırı” səviyyədə olduğu bildirilir. Ötən illə müqayisədə bu il Çin, Əlcəzair, Mərkəzi Afrika Respublikası, Mali və Mavritaniya 10 pillədən çox irəliləyib.

Çində 93 milyondan 115 milyonadək protestant, 10 milyondan 12 milyonadək katolik var. Çoxları da qeydiyyata alınmamış kilsələrə aiddir. Artım davam edərsə, 2030-cu ilədək Çin dünyada ən çox xristian əhali yaşayan ölkəyə çevriləcək.

Ancaq hökumət dini ibadətə nəzarəti gücləndirir, yüzlərlə qeyri-rəsmi kilsəni bağlayır, keşişləri, dindarları saxlayır. Ötən ay bəzi məktəblərdə və şəhərlərdə Milad bayramının keçirilməsi yasaqlanıb.

XS
SM
MD
LG