Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:03

Ət yox, lobya yeyin


İllüstrativ foto

Planetə “fəlakətli” ziyanı önləməkdən ötrü adamlar ərzaq qəbulunda ciddi dəyişiklik etməlidirlər. Bu təklif yanvarın 16-da Britaniyanın “Lancet” tibb dərgisində dərc olunmuş araşdırmada irəli sürülüb. Tədqiqatı Stokholmda mənzillənən EAT təşkilatı aparıb, məqsəd ərzaq sistemini təkmilləşdirməkdir.

30-dan artıq səhiyyə və ətraf mühit ekspertinin hazırladığı hesabatda bitki-əsaslı pəhrizdən söz açılır.

Tədqiqatçılar bildirirlər ki, adamlar yedikləri şəkər və qırmızı əti yarıbayarı azaltmalı, qoz-fındıq, meyvə-tərəvəz miqdarını isə iki dəfə artırmalıdırlar.

“Durumumuz fəlakətlidir”, – London Universitetinin professoru, hesabat müəlliflərindən biri Tim Lang belə deyir.

Hazırda dünyada 1 milyardadək adam ac gəzir, 2 milyard isə yanlış ərzaq yeyir və bu da köklük, ürək xəstəlikləri, diabetə yol açır, araşdırmada deyilir.

Təklif olunan qlobal pəhriz üç ildir davam edən layihənin nəticəsidir. “The Lancet”in tapşırığıyla gerçəkləşən layihədə 16 ölkədən 37 mütəxəssis iştirak edib.

Ancaq südçülük və heyvandarlıq sənayesi araşdırmanı sərt tənqid edib, mal əti və süd məhsullarının səhhətə faydasının gözardı olunduğunu deyib.

XS
SM
MD
LG