Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:00

Tbilisi kənarında qaz partlayışında 4 nəfər həlak olub


Arxiv fotosu

Gürcüstan rəsmiləri paytaxt Tbilisi kənarında yaşayış binasında qaz partladığını, 4 nəfərin həlak olduğunu bildirir.

Hadisə yanvarın 16-da axşam binanın səkkizinci mərtəbəsində baş verib. Səkkiz nəfər xəsarət alıb, ikisinin durumu ağırdır.

Did Digomi rayonunda yerləşən binanın sakinləri köçürülüb. Fövqəladə hallar rəsmiləri qazsızmadan şübhələndiklərini bildirirlər.

Baş nazir Mamuka Bakhtadze yanvarın 17-də matəm günü elan edib.

Gürcüstanda yaşayış binalarına qaz nəql edən boruların çoxu köhnəlib və qazsızmalar tez-tez baş verir.

XS
SM
MD
LG