Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:56

Taliban Əfqanıstan hökumətilə ‘danışmalıdır’


Zalmay Khalilzad

Əfqanıstanda 17 illik münaqişəyə son qoymaqdan ötrü Taliban hökumətlə birbaşa danışıqlar aparmalıdır. Bunu Birləşmiş Ştatların sülh elçisi Zalmay Khalilzad yanvarın 16-da deyib. Qeyd edək ki, Taliban Əfqanıstan hökumətilə danışıqlardan imtina edir.

Khalilzad Kabildə əfqan mediasına danışıb. “Sülhə gedən yol Talibanın digər əfqanlar və hökumətlə bir masa arxasına oturmasını tələb edir”, – Khalilzad deyib.

“Regiondakı bütün tərəfdaşlar arasında bu məsələyə dair konsensus mövcuddur”, – o, sözlərinə əlavə edib.

Taliban təmsilçiləri Əfqanıstan hökumətini “Amerikanın oyuncağı” adlandırır, birbaşa danışıqlardan imtina edir.

Son aylar Taliban elçiləri ABŞ rəsmiləri ilə bir neçə dəfə görüşüblər, ancaq həftənin əvvəlində danışıqları ertələməklə hədələyiblər. Onlar Vaşinqtonu danışıqların gündəmini dəyişməkdə, birtərəfli şəkildə “yeni maddələr əlavə etməkdə” suçlayıblar.

“Taliblər danışıq aparmaq istəyirlərsə, danışa bilərik, savaşmaq istəyirlərsə, savaşa bilərik. Ümid edirik, taliblər sülh istəyirlər”, – Khalilzad bu təhdidə cavabında söyləyib.

Kabilə yanvarın 15-də gedən Khalilzad ölkənin siyasi liderlərilə görüşüb. O daha öncə Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Çində olub, Pakistana gedəcəyi gözlənir.

XS
SM
MD
LG