Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:15

İki gün dərs olmayacaq


Təhsil Nazirliyi

Təhsil naziri Ceyhun Bayramov «Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə» Əmr imzalayıb. Bu barədə Təhsil Nazirliyindən bildiriblər.

Məlumata görə, əmr Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə imzalanıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-də ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır.

Xatırlatma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq verib ki, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi təxmin edilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enə bilər.

«Yağıntı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var», - nazirlik xəbərdarlıq edir.

Multimedia

XS
SM
MD
LG