Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 12:51

Güclü külək, qar gözlənir


Külək

Yanvarın 17-də Bakı və Abşeron yarımadasında havanın kəskin dəyişəcəyi gözlənir. Şimal-qərb küləyinin əsəcəyi, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturun anomal gedişi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə və səhər 4 dərəcəyə yaxın isti, axşama doğru isə 2 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 2-4 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 17-də Azərbaycanın rayonlarında da havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə onun intensivləşəcəyi ehtimalı var. Qərb küləyinin sürətinin 7-12 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi, Kür vadisi rayonlarında 33-38 m/s-dək şiddətlənəcəyi gözlənir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənir. Havanın belə kəskin dəyişməsi əksər insanlara çox əlverişsiz sayılır.

Xəbərdarlıq

Nazirlik xəbərdarlıq verir ki, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi təxmin edilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənir. Ötən günlə müqayisədə havanın temperaturu 10 dərəcə aşağı enə bilər.

«Yağıntı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var», - nazirlik xəbərdarlıq edir.

XS
SM
MD
LG