Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 05:53

İranlı jurnalistin ABŞ-da saxlandığı bildirilir


İranın dövlət televiziyasının binası

ABŞ hakimiyyəti İranın ingilisdilli Press TV-si üçün çalışan jurnalisti və teleaparıcını saxlayıb. Məlumatı dövlət televiziyası yanvarın 16-da yayıb.

Press TV Marziyeh Hashemi-nin yanvarın 13-də Missuri ştatındakı St. Louis Lambert Beynəlxalq Aeroportunda saxlandığını bildirir.

Amerikada doğulmuş jurnalist daha sonra Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Vaşinqton DC-dəki təcridxanaya köçürülüb. Jurnalistə qarşı “rəsmi ittiham irəli sürülmədiyi” bildirilir.

Televiziya Hashemi-nin Birləşmiş Ştatlara “xəstə qardaşını və digər qohumlarını görməyə” getdiyini deyir.

FTB rəsmiləri hələlik, məsələni şərh etməyib.

ABŞ Prezidenti Donald Trump ötən il İranla 2015-ci il nüvə sazişindən çıxdığını elan edəndən sonra Vaşinqtonla Tehranın münasibətlərində gərginlik artıb.

Saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

XS
SM
MD
LG