Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:53

Rostovda çökmüş binadan sonuncu cəsəd çıxarılıb


Hadisə yeri

Rusiyanın cənubundakı Rostov regionunda yaşayış binasının dağıntıları altından beşinci cəsəd çıxarılıb. Binada partlayış bu həftənin əvvəlində baş vermişdi.

Fövqəladə Hallar Nazirliyi sonuncu qurbanının cəsədinin yanvarın 16-da səhər aşkarlandığını bildirir. Bu gün hadisənin baş verdiyi Şaxti şəhərində matəm elan olunub.

Daha öncə doqquzmərtəbəli binanın dağıntıları altından dörd cəsəd tapılmışdı.

Təhqiqatçılar hadisənin qaz partlayışı nəticəsində baş verməsi variantını araşdırırlar. Hadisə zamanı dörd mənzil dağılıb, 12-nə ziyan dəyib.

İkiyaşlı qız daxil olmaqla dörd nəfər xəstəxanaya yerləşdirilib.

Dekabrın 31-də Uralın Maqnitoqorsk şəhərində oxşar insident zamanı onmərtəbəli binanın bir hissəsi dağılmış, 39 nəfər həlak olmuşdu. Hakimiyyət həmin hadisənin də qaz partlayışından baş verdiyini bildirib.

XS
SM
MD
LG