Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:36

Tofiq Yaqublunun səhhəti pisləşib


Mehman Hüseynova azadlıq tələbi ilə aclıq aksiyası davam edir
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Mehman Hüseynova azadlıq tələbi ilə aclıq aksiyası davam edir

«Səhhətimin pisləşməsi ilə bağlı aclığı dayandırmağım haqqında yazılanlar tam düz deyil».

Bunu AzadlıqRadiosuna Tofiq Yaqublunun özü deyib. O, təzyiqinin düşdüyünü təsdiqləyib: «Bu gözlənilən idi. Aksiyanı dayandırmağımın əsas səbəblərindən biri sürəkli tanınmış ictimai-siyasi xadimlərin, partiya sədrlərinin müraciətləri oldu».

T.Yaqublu deyib ki, daha bir səbəb isə Milli Şuranın mitinqinə hazırlıqla bağlıdır.

+++

Yanvarın 4-dən «Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə aclıq aksiyasına başladığını açıqlayan Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublunun səhhəti bu gün, yanvarın 16-da pisləşib.

Bunu yanvarın 15-dən bu aksiyaya qoşulduğunu bildirən jurnalist Xədicə İsmayıl deyib. Onun sözlərinə görə, T.Yaqublu yanvarın 16-da aclığı dayandırıb.

«Yaqublunun səhhətində ciddi problemlər yaranıb və onun təzyiqi 95/85 olub», - deyə araşdırmaçı jurnalist vurğulayıb. Onun bildirməsinə görə, hazırda Müsavat Partiyasını qərargahında 6 şəxs aclığı davam etdirir.

Həmin şəxslərin Natiq İsrafilli, Rövşən Niftalızadə, Xədicə İsmayıl, Aygün Cəfərova, Rafiq Baxışov (həbsdə olan AXCP fəalı Orxan Baxışlının atası) və Zəfər Əhmədli (həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin atası) olduğu deyilir.

X.İsmayılın bildirməsinə görə, aclıq edənlərə həkim nəzarəti var.

«Yaxınlıqdakı 21 saylı poliklinikanın həkimləri gündə iki dəfə aclıq edənləri müayinə edir», - o qeyd edib.

Ata da, oğul da aclıq aksiyası keçirdiyini açıqlayıb

«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə yanvarın 3-dən keçirildiyi açıqlanan aksiyanın Müsavat Partiyasının qərargahında növbəli qaydada hələ də davam etdirildiyi bildirilir.

Bir neçə fəal əvvəlcə öz evlərində aclıq aksiyasına başladıqlarını açıqlasalar da, onlar yanvarın 6-dan Müsavat Partiyasının qərargahında onlara ayrılmış otağa yerləşiblər.

Yanvarın 4-dən aclığa başladığını bəyan edən Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu Azadlıq Radiosuna deyib ki, hazırda aksiyada ondan başqa 7 nəfər iştirak edir. T.Yaqublu vurğulayıb ki, aksiyaya bəzi siyasi məhbusların ataları da qoşulub: «Bunlar Natiq İsrafilli, Rövşən Niftalızadə, Xədicə İsmayıl, Aygün Cəfərova, Şamil Nəsirli (hazırda həbsdə olan Ruslan Nəsirlinin atası), Rafiq Baxışov (həbsdə olan Orxan Baxışlının atası. O.Baxışlının özünün də həbsdə aclıq aksiyası keçirdiyi bildirilir) və Zəfər Əhmədlidir (həbsdə olan Fuad Əhmədlinin atası)».

T.Yaqublu deyib ki, Namiq Abdullayev və Sənubər Heydərova aclığı yanvarın 15-də dayandırıblar.

N.İsrafilin yanvarın 9-da, Ş.Nəsirlinin yanvarın 12-də, X.İsmayıl, R.Baxışov və Z.Əhmədlinin isə yanvarın 15-də aclıq aksiyasına qoşulduğu bildirilib.

«R.Niftalızadə isə əvvəlcədən aclığa başlamışdı. Amma o, yanvarın 13-də aclığı dayandırmışdı. İndi yenidən aksiyaya qoşulub», - deyə Müsavat Partiyasının qərargahından bildiriblər.

Hələlik, bu aksiyaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Son həftələr bloqer Mehman Hüseynovun müdafiəsi ilə bağlı Bakıda və bölgələrdə müxtəlif aksiyalar keçirilib. Onlardan icazəsiz piketlərdə saxlananlardan 7-si kütləvi aksiyaların keçirilmə qaydasını pozmaqda günahlandırılaraq 20-25 günlük inzibati qaydada həbs ediliblər, daha bir neçə şəxs isə cərimə olunub.

Üstəlik, son günlər cəzaçəkmə müəssisələrində siyasi məhbus sayılan fəallardan 7-nin də M.Hüseynovun müdafiəsi ilə bağlı aclığa başladıqları açıqlanıb. Hərçənd, Penitensiar Xidmətin rəsmiləri bunu təsdiqləməyiblər. Onlar deyirlər ki, hazırda cəzaçəkmə müəssisələri və təcridxanada heç kim aclıq aksiyası keçirmir.

Xatırlatma

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Bloqer ittihamı qurama sayır.

Multimedia

XS
SM
MD
LG