Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:04

'Səid Dadaşbəyli dəstəsi'ndən iki nəfər azadlıqda


S.Dadaşbəyli

Bu günlərdə adları yerli hüquq müdafiə təşkilatlarının siyahısında siyasi məhbus kimi gedən iki şəxsin azadlığa çıxdığı açıqlanıb.

Söhbət «Səid Dadaşbəyli dəstəsi» işində 12 il azadlıqdan məhrum edilən Mikayıl İdrisovEmil Möhbalıyevdən gedir. Onlar (10-dan çox şəxs ) 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə nazirlik ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb) xüsusi əməliyyatı ilə saxlanıb. Barələrində məhkəməyəqədər həbs tədbiri seçilən S.Dadaşbəyli və digərlərinə qarşı Cinayət Məcəlləsinin 7-dən artıq maddəsi ilə ittiham irəli sürülüb. Onları CM-nin 180-ci (Soyğunçuluq), 204-cü (Saxta pul hazırlama), 218-ci (Cinayətkar birlik yaratma), 228-ci (Qanunsuz silah saxlama) maddələri ilə ittiham ediblər. Bundan başqa, onlara məcəllənin 234-cü (Qanunsuz narkotik vasitələr saxlama), 274-cü (Dövlətə xəyanət) və 278-ci (Hakimiyyəti zorla ələ keçirmə) maddələri ilə də ittiham irəli sürülüb.

İstintaq hesab edib ki, S.Dadaşbəyli və onunla tutulanlar İran kəşfiyyatı ilə əlaqədə olublar. İddialara görə, onlar Bakıda ABŞ, Böyük Britaniya, İsrail vətəndaşlarına qarşı hücumlar, Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmaq istəyiblər.

Məhkəmə ittihamları olduğu kimi təsdiqləyib. Ancaq onlar günahsız olduqlarını bildiriblər. S.Dadaşbəyli 14 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda S.Dadaşbəylininin şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılır.

Həmin iş üzrə başqa həbs edilənlər isə dövlət çevrilişi, terrorçuluq, qanunsuz silah və narkotik maddə saxlama cinayətlərində ittiham olunaraq müxtəlif müddətlərdə (12 ildən 14 ilə qədər) azadlıqdan məhrum ediliblər.

2018-ci il yanvarın 13-də onların məhkumluq həyatının 12 ili tamam olurdu.

Azərbaycanın yerli hüquq-müdafiə təşkilatları onları siyasi məhbus kimi tanıyıb. Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Multimedia

XS
SM
MD
LG