Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

İranlı jurnalistin ‘biabırçı məhkəməsi’ pislənilir


Ötən il həbs olunmuş jurnalistlər, CPJ
Ötən il həbs olunmuş jurnalistlər, CPJ

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) iranlı journalist Hamed Aynehvand həbs olunmasını pisləyib, hakimiyyəti “medianın gördüyü işə görə təqibini dayandırmağa” çağırıb.

“Aynehvandın biabırçı məhkəməsi və ona kəsilmiş sərt cəza İran ədliyyə sisteminin qüsurlu olmasını sərgiləyir”, – qurumun Yaxın Şərq və Şimali Afrika üzrə proqram koordinatoru Sherif Mansour yanvarın 14-də yaydığı bəyanatda deyib.

İranın rəsmi IRNA xəbər agentliyi ötən ay Aynehvandın vəkilinə istinadla jurnalistə altı il həbs cəzasının kəsildiyini xəbərləyib. Tehran İnqilab Məhkəməsi onu “dövlətə qarşı təbliğatda”, “milli təhlükəsizliyə qarşı toplaşma və əlbirlikdə” təqsirli bilib.

Vəkil Hossein Bayat hökmdən şikayət veriləcəyini deyib.

Nyu Yorkda mənzillənən İranda İnsan Haqları Mərkəzi isə Aynehvandın dostuna istinadla bildirib ki, jurnalistə vəkil seçmək imkanı yaradılmayıb, o, vəkilin iştirakı olmadan mühakimə olunaraq məhkum edilib.

Aynehvandın İranda siyasi və ədliyyə məsələlərinə dair məqalələri bir sıra media orqanlarında dərc olunub. Onu hökumətə məxsus qəzet də, xaricdəki as Gooya, Zeitoon, Iran Global kimi xəbər saytları da dərc edib.

İran İslam İnqilab Keşikçiləri Korpusunun agentləri onu ötən ilin iyununda Tehranda saxlayıb, ayyarım Evin həbsxanasında təkadamlıq kamerada saxlanıb.

CPJ-nin ötən ilin dekabrında yaydığı hesabatda İranda səkkiz jurnalistin birbaşa işinə görə həbsdə olduğu vurğulanırdı.

Aynehvand o zaman siyahıya salınmamışdı, çünki onda təşkilat onun işindən xəbərdar deyildi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG