Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:15

İran peyki buraxa bilmədiyini bildirir


İranın hazırladığı Doosti peyki

İran yanvarın 15-də peyk buraxma həyata keçirdiyini, ancaq raketin orbitə çatmadığını bildirib.

Bundan öncə Birləşmiş Ştatlar Tehranın raket sınaqlarını pisləyir, bununla BMT qətnamələrinin pozulduğunu deyirdi.

Telekommunikasiya naziri Javad Azari Jahromi dövlət televiziyasına deyib ki, Payam peykini daşıyan raket buraxılmanın üçüncü mərhələsində “gərəkən sürəti” yığa bilməyib.

O, problemin səbəbini açıqlamayıb, alimlərin tədqiqatı davam etdirəcəyini vurğulayıb.

İran orbitə iki peyk buraxacağını bəyan edib.

Amma Tehran getdikcə ABŞ Prezidenti Donald Trump administrasiyası tərəfindən sərt xəbərdarlıqlarla üzləşir.

ABŞ Dövlət katibi Mike Pompeo deyib ki, İranın planları ölkənin BMT Təhlükəsizlik Şurasının qətnaməsinə meydan oxumaqdır. Həmin qətnamə İranı nüvə silahları daşımağa qadir ballistik raketlərlə əlaqəli heç bir fəaliyyətlə məşğul olmamağa çağırır.

İran isə peykburaxmanın qətnaməni pozmadığını deyir.

Vaşinqton və müttəfiqləri narahatdırlar ki, eyni texnologiyadan nüvə silahlı raket hazırlanmasında da istifadə oluna bilər.

XS
SM
MD
LG