Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:53

Taliban Kabildəki hücuma görə məsuliyyəti üzərinə götürüb


Hadisə yeri

Taliban Kabildə azı dörd nəfərin ölümünə səbəb olmuş hücuma görə məsuliyyəti üzərinə götürüb.

Yanvarın 14-də xarici iqamətgahların yerləşdiyi yerdə törədilmiş partlayışda 113 nəfər yaralanıb.

Silahlı qruplaşmanın sözçüsü Zabihullah Mujahid yanvarın 15-də deyib ki, dörd hücum edən partlayıcılar yüklənmiş yük maşınını Yaşıl Kəndə girmədən partladıb, “xeyli sayda əcnəbini” öldürüb.

Daxili İşlər Nazirliyi isə bomba hücumunda üç hərbçinin və bir dinc sakinin həlak olduğunu bildirib. Yaralılar içində 12 qadın, 23 uşaq da var.

Hakimiyyət əcnəbilərdən yaralılar olub-olmadığını araşdırır.

Bu yaxınlaradək Yaşıl Kənddə BMT işçiləri yaşayır və işləyirdilər. Ancaq rəsmilər indi bu ərazinin əsasən boş olduğunu, müəyyən sayda nəzarətçinin qaldığını bildirir.

Bu hücumun törədildiyi bir məqamda BMT-nin sülh elçisi Zalmay Khalilzad regionda səfərdədir. O, rəsmilərlə görüşündə Əfqanıstanda 17 illik müharibəyə son qoymağın yollarını müzakirə edir.

Hazırda Taliban Əfqanıstanın təxminən yarısına nəzarət edir.

XS
SM
MD
LG