Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:40

'...17 nəfər vəzifəsindən azad edilib'


K.Əliyev

2018-ci ildə hərəkətlərində cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq edilib, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxsə şiddətli töhmət verilib, 17 nəfər isə vəzifəsindən azad edilib.

«Report» agentliyinin məlumatına görə, bunu bu gün, yanvarın 15-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, 2018-ci il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 431 şəxs barəsində 278 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə məhkəmələrə göndərib. Onun sözlərinə görə, bu cinayətlərdən 121-i mənimsəmə, israf etmə, 55-i dələduzluq, 21-i vəzifə səlahiyyətlərindən sui-istifadə, 13-ü rüşvət alma (passiv rüşvətxorluq), 36-sı rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə ilə bağlı olub.

K.Əliyev deyib ki, məhkəmələrə göndərilən cinayət işləri üzrə 120 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53.3 milyon manatın ödənilməsi təmin edilib. İdarə rəisi deyib ki, qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34.2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub.

Ancaq bu quruma ölkədə münasibət heç də birmənalı deyil. Bəzi ekspert və müxalifət qüvvələri hesab edir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkədə ciddi korrupsiya hallarının üzərinə gedə bilmir, onun fəaliyyətində yalnız kiçik məmurlar əhatə olunur. Hərçənd, onların özləri belə tənqidləri qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG