Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 20:40

X.İsmayıl da aclığa başladığını açıqlayıb


Mehman Hüseynova azadlıq tələbi ilə aclıq aksiyası davam edir
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Mehman Hüseynova azadlıq tələbi ilə aclıq aksiyası davam edir

«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə yanvarın 3-dən keçirildiyi açıqlanan aksiyanın Müsavat Partiyasının qərargahında növbəli qaydada davam etdirildiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna aksiyaya yanvarın 4-dən başladığını açıqlayan Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu bildirib. Onun sözlərinə görə, hazırda aksiyanı özü ilə birgə 5 nəfər davam etdirir.

T.Yaqublu bildirib ki, bu gün, yanvarın 15-də Namiq Abdullayev adlı şəxs də aclıq aksiyana qoşulub.

«Hazırda aclıq aksiyasını mən, Natiq İsrafilli, Sənubər Heydərova, Şamil Nəsirli və Namiq Abdullayev davam etdirir. Mən və N.İsrafilli bu gecədən su içməkdən də imtina edərək quru aclığa qərar verdik», - T.Yaqublu deyib.

N.İsrafilin yanvarın 9-da, S.Heydərovanın yanvarın 11-də, Ş.Nəsirlinin isə yanvarın 12-də aksiyaya qoşulduğu vurğulanır.

Bu gün, yanvarın 15-də araşdırmaçı-jurnalist Xədicə İsmayıl da aclıq aksiyasına başladığını açıqlayıb.

Hələlik, bu aksiyaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Son həftələr bloqer Mehman Hüseynovun müdafiəsi ilə bağlı Bakıda və bölgələrdə müxtəlif aksiyalar keçirilib. Onlardan icazəsiz piketlərdə saxlananlardan 7-si kütləvi aksiyaların keçirilmə qaydasını pozmaqda günahlandırılaraq 20-25 günlük inzibati qaydada həbs ediliblər, daha bir neçə şəxs isə cərimə olunub.

Üstəlik, yanvarın 14-dən cəzaçəkmə müəssisələrində 5 siyasi məhbus sayılan fəalın da M.Hüseynovun müdafiəsi ilə bağlı aclığa başladıqları açıqlanıb. Hərçənd, Penitensiar Xidmətin rəsmiləri bunu təsdiqləməyiblər.

Xatırlatma

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Bloqer ittihamı qurama sayır.

Multimedia

XS
SM
MD
LG