Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Kremllə rep oxumaq – Qərb mediası


Rusiyalı reper Husky Moskvada konsert zamanı
Rusiyalı reper Husky Moskvada konsert zamanı

Kreml Rusiyada gəncləri ələ almağa çalışır, ancaq onların dilində danışa bilmir. “Karnegi” fondunun saytında Andrei Kolesnikov yazır ki, Kremlin reperlərə yanaşması onun gəncliyin bu mədəniyyət sferasını ələ almaq cəhdi kimi görünür, çifayda, nəticəsiz qalıb.

Axı, mədəniyyət xadimləri ilə bağlı ardıcıl siyasəti olmayan Rusiya federal agentlikləri, hüquq mühafizə orqanları kötək və kökə siyasətinə sadiq qalacaqlar və bu da reperlərlə nəinki müttəfiq olmaq, hətta dostlaşmaq cəhdlərini əngəlləyəcək”, – yazan müəllif Kremlni həm uzunmüddətli həm də birbaşa bircə ölüm-qalım planının olduğunu qeyd edir: mümkün olan hər kəsə nəzarət etmək və sədaqətini satın almaq.

Kazanda konsert
Kazanda konsert

Elə Rusiya gəncliyinə, gələcəyin elektoratına da yanaşma bu cürdür. Rus gəncləri kötək və kökə siyasətindən dadıblar, çevik polis alayı tərəfindən döyülüblər, Baş Prokurordan narazıları pisləməyə həvəsləndiriliblər, FSB-nin əməliyyatlarının tələsinə düşüblər, əməkdaşlığa cəlb olunmaq cəhdləri olub və sairə.

Hazırda hakimiyyət repi tərəfinə çəkməyə çalışır… Rusiya gəncliyi ilə öz qəribə dilində danışmaq istəyir. Məsələn, dövlət televiziyasının tanınmış aparıcısı Dmitry Kiselev Krımda rep festivalı təşkil edir. Ancaq bu cəhdlərin heç biri alınmır. Əslində, bu, hakim Vahid Rusiya partiyasının nizamnaməsinin rep kimi yazılması kimi bir şeydir”, – müəllif vurğulayır.

Müəllif problemin təkcə sosial dialektdə – rəsmilərin “rəsmi” danışığı ilə, gənclərin “qeyri-rəsmi” dili arasındakı fərqdə olmadığını yazır. Problem müasir Rusiyadakı kəskin fərqlərdədir, həm də stil fərqindədir. “2003-cü ildə Paul McCartney-nin gənc Vladimir Putin, daha sonra Moskvanın ovaxtkı meri Yuri Luzhkov qarşısında çıxışını görmək qəribə idi; reperlərin 2018-ci ildə Qırmızı Meydanda hərbi xorla birlikdə ifası da tamamilə gülünc olardı”, – məqalədə deyilir.

Bolton Pentaqon rəsmilərini niyə əndişələndirir

ABŞ Prezidenti Donald Trump-ın Milli Təhlükəsizlik müşaviri John R. Bolton-un yürütdüyü hərbi siyasət İranla münaqişəni sürətləndirə bilər, həm də prezidentin amerikalı hərbçiləri çıxarmaqla Yaxın Şərqdə təsir vasitələrini itirdiyi bir məqamda. “The New York Times” qəzetinin yazmasına görə, belə bir narahatlığı Pentaqonun aparıcı rəsmiləri səsləndirirlər.

John Bolton
John Bolton

Cənab Boltonun göstərişilə Milli Təhlükəsizlik Şurası ötən il Pentaqondan xahiş edib ki, İranı vurmaq üçün Ağ evə hərbi variantlar təklif etsin. Müdafiə Departamenti və aparıcı rəsmilərin sözlərinə görə, bu xahiş ovaxtkı müdafiə naziri Jim Mattisi və digər rəsmiləri əndişələndirib. Bu xahiş İranın dəstəklədiyi yaraqlılar ABŞ səfirliyinin Bağdaddakı səfirliyinin ərazisi sayılan boş yerə raket atmasından sonra səsləndirilib.

“The Wall Street Journal” ilk dəfə yazmışdı ki, Boltonun xahişinə cavab olaraq Pentaqon bir neçə ümumi variant təklif edib. Variantlardan biri – daha çox simvolik addım kimi sərhədin o tayında İranın hərbi obyektinə raket zərbəsi endirmək təklif olunurdu. Mattis və digər hərbi liderlər reaksiya verməyə qarşı çıxıblar, sözügedən hücumun elə də böyük olmadığını deyiblər, sonucda bu mövqe qalib gəlib.

Belə bir hücum silahlı münaqişəyə səbəb olar, İraqın Birləşmiş Ştatlardan ölkədən çıxmağı tələb etməsinə gətirərdi, anonimlik şərtilə danışan aparıcı amerikalı rəsmi belə deyir.

Cənab Bolton apreldə bu vəzifədə H.R. McMaster-i əvəzləyəndən administrasiyanın İrana təcrid və təzyiq siyasətini gücləndirib. Bu, İran liderlərinə düşmənçiliyi sərgiləyir, onunGeorge W. Bush administrasiyasında çalışdığı günləri yada salır. Bolton vəzifədə olmadığı müddətdə İrana hərbi hücumlara, rejim dəyişikliyinə çağırmışdı”, – qəzet yazır.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Garrett Marquis isə deyib ki, müşavir siyasəti koordinasiya edir, bir sıra təhdidləri cavablamaq üçün prezidenti variantlarla təmin edir.

Valentin günü “Bacılar Günü” adlanacaq

Pakistan Universiteti Valentin Gününə “Bacılar Günü” adını verir, Qərbin idxalı saydığı bu bayramda qadın tələbələrə şarf bağışlamağı müzakirəyə çıxarır.

Arxiv fotosu
Arxiv fotosu

“Frans Pres” agentliyi yazır ki, Faisalabad Kənd Təsərrüfatı Universitetinin bildirməsinə görə, dəyişikliyin məqsədi “gənclər arasında şərq mədəniyyətini və İslam adətlərini yaymaqdır”.

Bizim mədəniyyətdə qadınlar daha çox səlahiyyət sahibidirlər, bacılar, analar, qızlar və həyat yoldaşları kimi sayqı qazanırlar”, – universitetinin rektor müavini Zafar Iqbal təhsil ocağının vebsaytında deyib.

Öz mədəniyyətimizi unuduruq və Qərb mədəniyyəti cəmiyyətimizdə kök salır”, – o, sözlərinə əlavə edib.

Bəyanatda deyilir ki, fevralın 14-də qadın tələbələrə üstündə universitetin loqosu yazılmış şarflar, şallar və donlar bağışlamaq planı müzakirə olunur.

Təhsil ocağının sözçüsü Qamar Bukhari agentliyə deyib ki, 14 min qadın tələbədən azı mininə baş örtüyü bağışlamaqdan ötrü universitet artıq pul yığmağa başlayıb.

Onun sözlərinə görə, şarfları kişi tələbələr deyil, universitet administrasiyası paylayacaq və məqsəd qadınlara sayqını sərgiləməkdir.

Valentin günü gənc pakistanlılar arasında getdikcə populyarlaşır, çoxları sevgililərinə açıqca, şokolad, hədiyyə bağışlayır.

XS
SM
MD
LG