Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:48

Senat Deripaskaya sanksiyaları səsə qoyacaq


Rusiya Prezidenti Vladimir Putin (solda) və Oleg Deripaska

ABŞ Senatı Prezident Donald Trump administrasiyasının rusiyalı oliqarx Oleg Deripaskaya bağlı şirkətlərə sanksiyaların yumşaldılması qərarını tənqid edən qətnaməni səsə qoyacaq.

Yanvarın 15-nə planlaşdırılan səsvermənin keçməyəcəyi gözlənir, çünki Trump-ın Respublikaçı partiyası Senata nəzarət edir.

Amma bu addım konqresmenlərin Kremlə bağlı oliqarxlara və Rusiyaya münasibətinin göstəricisi sayılır.

Qətnaməni Senatdakı demokratlar hazırlayır. ABŞ Xəzinədarlığı dekabrın 20-də elan edib ki, Deripaska-nın əsas şirkətlərinə sanksiyaları qaldıracaq. Bu sırada Rusal alüminium nəhəngi, En+ və EuroSibEnergo şirkətləri də var.

İndiki məqamda Rusiya hökumətinə təzyiq mənbəyini əldən vermək olmaz”, – Senatda demokratların lideri Chuck Schumer yanvarın 14-də deyib.

Kremlə yaxınlığı ilə tanınan Deripaska şirkətlərinə nəzarət səhmlərindən imtina etməyə razılaşıb.

XS
SM
MD
LG