Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Bu gün Britaniya parlamentində Breksit səsverməsidir


Londonun mərkəzində Breksitə qarşı nümayiş
Londonun mərkəzində Breksitə qarşı nümayiş

Yanvarın 15-də Britaniyada deputatlar hökumətin Avropa Birliyindən çıxmaq təklifini səsə qoyacaqlar.

İcmalar Palatasında keçiriləcək səsvermə Breksitlə bağlı sonuncu cəhd sayılır. Bir çox siyasətçilər onun alınmayacağını proqnozlaşdırırlar.

Səsvermədən öncə Baş nazir Theresa May xəbərdarlıq edib ki, səsvermənin alınmaması ölkənin Avropa Birliyindən çıxmasına təhlükə yaradır. Onun sözlərinə görə, bu, “Britaniya xalqının səsinə xəyanət demək olar”.

Britaniyanın AB-dən çıxması üçün martın 29-u son tarix qoyulub.

Theresa May
Theresa May

15 yanvar səsverməsinin məğlubiyyəti Breksit planlarında qarışıqlıq yaradar. Ekspertlər xəbərdarlıq edirlər ki, razılaşma alınmasa, Britaniya iqtisadiyyatı xaosa sürüklənər.

“Martın 29-na 74 gün qalmış bu razılaşmanın əleyhinə səsvermənin nəticələri daha aydın görünür”, – May palatada deyib.

Mühafizəkarların qənaətincə, May-in planı ölkənin AB qaydalarına bağlı qalmasını təmin edir, müstəqil ticarət siyasəti yürütməsini mümkünsüz edir.

May 15 yanvar səsverməsini uduzarsa, hökumət elə eyni razılaşmanın yüngülcə dəyişdirilmiş versiyalarını yenidən təqdim edəcəyinə eyham vurub.

Martın 29-dək razılaşma əldə olunmasa, bu, Britaniyanın hər bir iqtisadi sektoruna təsir göstərəcək fərqli standartların qəfil dəyişdirilməsi demək olar.

AB-də qalmaq tərəfdarları yeni bir səsvermə keçirilməsini istəyirlər. 2016-cı ildəki səsvermədə birlikdən çıxmağa səs verilmişdi.

Mühafizəkarlar Partiyasından bəzi deputatlar May-in vəzifədən kənarlaşdırılmasını, yeni baş nazir seçilməsini müzakirə edirlər. Ancaq bundan ötrü yetərli vaxtın qalıb-qalmadığı bəlli deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG