Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Mart, Cümə, Bakı vaxtı 06:00

Yunanıstanın müdafiə naziri istefa verib


Panos Kammenos

Yunanıstanın müdafiə naziri Panos Kammenos Makedoniyayla on illərdir davam edən ad mübahisəsinə son qoyacaq razılaşmanın parlamentdə səsverməyə çıxarılmasından öncə istefa verib.

Makedoniya məsələsi mənim vəzifəmi qurban verməməyimə imkan vermir”, – Kammenos yanvarın 13-də ölkənin baş naziri Alexis Tsipras ilə danışıqlardan sonra deyib.

Nazir populist sağ qanad Müstəqil Yunanlar (ANEL) partiyasının da hökumətdən çıxdığını vurğulayıb.

Kammenos Yunanıstan və Makedoniya hökumətlərinin ötən ilin iyununda imzaladığı razılaşmaya qarşı çıxırdı.

Razılaşmaya görə Makedoniyanın adı Şimali Makedoniya Respublikası olacaq. Əvəzində Afina Skopyenin NATO və Avropa Birliyinə qoşulmasına etirazlarını geri götürəcək.

Makedoniya parlamenti yanvarın 11-də razılaşmaya uyğun olaraq konstitusiyaya dəyişikliklərin ratifikasiya olunmasına səs verib. İndi sənədi Yunanıstan deputatları təsdiqləməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG